17.12.2010

Vüsalə İlyasova ilə səmimi söhbət

base.az 

 Azərbaycanda barmaqla sayılacaq qədər işləri ilə yadda qalan bəstəkarlar var.
Bunlardan biridə bütün qalmaqallardan, söz-söhbətlərdən uzaq məhşur bəstəkarlardan biri Vüsalə İlyasovadır.
Vüsalə xanımla olan səmimi müsahibəni sizlərə təqdim edirəm.


1.Özünüzü necə təqdim edərdiniz?
Sadəcə bəstəkar Vüsalə İlyasova.

2.Necə oldu ki, məhs musiqiçi olmaq qərarına gəldiniz?
Musiqiyə həvəs məndə elə uşaq vaxtlarından var idi. Hələ 5-6 yaşlarımda ikən öz yüksək musiqi duyumumnan digər uşaqlardan seçilirdim. Məktəbi bitirdikdən sonra isə musiqi akademiyasinda təhsil almaq, əsl musiqiçi və bəstəkar olmağa qərar verdim.

3.Musiqinin həyatınızdakı rolu?
Məncə elə bir insan yoxdur ki, onun həyatında musiqinin bir rolu olmasın. Mənim üçün isə musiqi tam olaraq həyatımın mənasıdır, musiqi ilə nəfəs alıram.

4.Bu gün Azərbaycanda keyfiyyətli musiqi cox azdır, buna səbəb sizcə muğənnilərdir yoxsa bəstəkarlar?
Mahnının təməlini bəstəkar qurur, aranjimançı onu bəzəyir, muğənni isə mahnıya nəfəs verir... Son zamanlar həqiqətən keyfiyyətli və savadlı mahnılar az səslənir, buna da səbəb təbii ki, savadsız bəstəkarların çoxluğudur.

5.Əsasən hansı sənətçilərlə çalışırsınız?
Estradamızın bir çox sənətçiləri mənim mahnılarımı ifa ediblər. Korifey sənətkarlardan başlayaraq gənc sənətçilərə qədər , hər kəslə uqurlu iş birliyim olub və hal-hazırda da davam edir. Mən yalnız keyfiyyətli musiqilər yaradib, layiqli və sevdiyim muğənnilərlə çalışıram.

6.Razı qalıb qalmadığınız sənətçilər varmı?
Bilirsiz, bu sənətdə hamıdan razı qalmaq mümkün deyil... Razı qaldığım sənətçilər çoxdur. Mən ad çəkmək istəmirəm, amma aralarında bəziləri var ki, etdikləri müəyyən hərəkətləri narazıçılığa gətirib çıxarır.

7.Bəstələrinizin içində ən sevdiyiniz mahnı?
Bu suala cavab verməyə çətinlik çəkirəm, çünki bütün mahnılarım mənə əzizdi. Ən çox dinlədiklərim isə Nisə Qasımovanın ifasında İTTİHAM EDİRƏM, Aygün Bəylərin ifasında XATİRƏLƏR və İlhamə Qasımovanın ifasında səslənən SEVGİ BİR ƏYLƏNCƏ İMİŞ mahnılarıdır.

8.Son zamanlar dəbdə olan Üzeyir adlı müğənnini tanıyırsız?
Üzeyir haqqinda eşitmişəm, amma onu dinləməmişəm.

9.Hal-hazırda ölkədə onun kimilərinin reytinqlərdə hər kəsi üstələməsinin səbəbi nədədir?
Ümumiyyətlə mən bayağı mahnıları dinləyən insanları başa düşmürəm... Bizdə ildən-ilə bu cür mahnılara üstünlük verənlər çoxalır. Yəqin ki, artıq gənclərimizin zövqü korlanır.

10.Bizim müğənnilərimizdən ən çox kimləri dinləyirsiz?
Nisə Qasımovanı, Flora Kərimovanı, İlqar Muradovu, və həmçinin bir neçə gənc istedadlı ifaçılarımız var ki, onlarıda məmnuniyyətlə dinləyirəm.

11.Sənətinizin inkişafında sizə nə kömək göstərir?
Mənə bu sənətdə musiqiyə olan sevgim, həvəsim və ən əsası savadım yardım edir. Ümumiyyətlə musiqi savadım olmasaydı, düşünürəm ki bu sənətdə inkişaf edib, bu uğurlara nail olmağa mənim üçün çətin olardı. Amma şükürlər olsun ki, başım ucadır və mən heç kimin qarşısında aciz deyiləm.

12.İndiki dövrdə sizcə tanınmış müğənni olmaq üçün nə lazımdır?
Tanınmış müğənni olmaq hal-hazırda çox asandı. Düzdü səs vacibdir, amma ən əsası maddiyatdır. Əgər bir insanın maddi imkanı yaxşidirsa və təbii ki, musiqi duyumu varsa o çox tez bir zamanda tanınmış müğənni ola bilər.

13.Bu gün ən çox hansı bəstəkarın mahnıları satılır?
Bilirsiz maraqlısı budur ki, indi bütün bəstəkarlar mahnılarını satmaqda çətinlik çəkirlər. Demək olmaz ki, hansısa bəstəkar daha çox qazanır...

14.Dəb xətrinə mahnı bəstələmisinizmi?
Bütün dünyada illər ötdükcə musiqinində dəbi dəyişir. Məndə təbii ki çalışıram dəbdə olan stilə uyğun mahnılar bəstələyim.

15. Musiqi ruhun qidasıdır deyirlər . Bunu necə izah edərsiniz?
Hər bir insanın ruhu musiqiylə qidalanır.Hətta ana bətnindəki uşaq belə musiqiyə laqeyd qala bilmir. Musiqi ümumiyyətlə dərin bir elmdir, onun çox sirləri var. İnsanı sevindirən, kədərləndirən, duyğulandıran, sevgi hisslərini oyadan, xəyanətə düçar edən, fərəhləndirən, ehtiraslandıran, bəzən qəzəbləndirən, coşduran,ağladan, bütün bu hissləri özündə cəmləndirən musiqidir.

16. Tac.az saytına münasibətiniz?
Bu saytı çox sevirəm və hər zaman izləyirəm. Çünki bütün saytların içində tac.az öz səviyyəsiylə, maraqlı xəbərləri və eksklüzivləri ilə seçilir. Sizə həmişə ən yüksək pillədə qalmağınızı arzulayıram. UĞURLAR!

Комментариев нет:

Отправить комментарий