24.12.2010

Şəplə boylana-boylana


Vitoşun yeni proyekti: 
Çuşka şeirləri- 5
 
Nə gözəl yaradıb səni yaradan
Quyruğun bəxşişdir qoyun anandan
Baxışın bac alıb ay işığından
Mənim qara gözlü istəkli quzum.

Təbiət əl çəkib qara qaşına
Solmayan yun ətri səpib başına
Duruşun bənzəyir qız duruşuna
Mənim incə belli sığallı quzum.

Bir baxan vurular gül camalına
Daldan baxan düşər Məcnun halına
Təbəssüm yaraşır alt dodağına
Baldan şirin olan şahzadə quzum. 

Комментариев нет:

Отправить комментарий