18.12.2010

QAYĞIKEŞ ANANIN LEZBİYANKALAŞDIRILMASI

Bəxtiyar Hidayət

QAYĞIKEŞ ANANIN LEZBİYANKALAŞDIRILMASI
   
Bu dəfə sizlərə öylə bir mətləbdən bəhs etmək istəyirəm ki həm qəlizdi həm də ki vacib.Bu bizim əlahəzrət şerimizin əlahəzrət mövzusudu.Yəqin ki özünüz yəqin etdiniz söhbət nədən gedir.Əlbəttə ki söhbət gül-bülbül və şam –pərvanə cütləşmələrinndən gedir.Mətləbə keçməmiş bir əhvalat nəql edim sizlərə.
Bu əhvalat da birbaşa bizim aktual mövzuzmuz ilə sıkı –sıkı ilişgilidir.Bir dəfə bizim vurağan gül-bülbül və şam –pərvanə şairlərimizdən bir neçəsi oturub yavaş-yavaş öz təbirləri ilə desək eydirirmişlər.
Yavaş-yavaş şər qarışır və bu şairlər ofisantdan xahiş edirlər ki bəs o işığı söndür.Sən demə işıq başlarının üstündə olduğundan işığa gələn pərvanələr şairləri bezdiribmiş.Hətta deyilənə görə bir neçə ağcaqanad da bu əsnada istəyiblər ki şairlərə kəf gələlər.Qoşulub pərvanə dəstəsinə aradabir şairlərin Vətən üçün hər an axıtmağa hazır olduqları qanından xaincəsinə sümürürmüşlər.Yəqin fikirləşiblər ki şairlər öz obrazları ilə hələ xeyli vaxt təmasda bulunacaqlar.Amma onlar yanılıblar.Nədən ki şairlər həmən Aygünün sağlığına badə qaldıraraq işığı söndürüblər.Bəs şairlər işığın söndürülməsi ərəfəsində bir-birilərinə nə desələr yaxşıdı-sən öləsən bu cücü-mücü imkan verməyəcək şamdan-pərvanədən danışaq.Bədbəxtlər heç vaxt anlamayacaqlar ki onların şeirlərindən alovlu bir xətlə keçən pərvanə elə bu zəhlətökən cücü-mücünün özüdür ki var.Ondansa kəpənəklərdən yazsalar yaxşıdı.Nədən ki kəpənəkləri gecə kəpənəklərinə də bənzətmək olar və indi kəpənəyin erkək-dişisini ayrıd etmək bizim gecə kəpənəlkərinin erkək –dişisini ayrıd etməkdən çox asandı. Indi görün bu şairlər necə də naşükürdülər.A balam adama deyərlər sənin bəhs etdiyin şam həyatımızda hansı önəmli rol oynayır.Ya yas yerində lazım olur,ya da ad günlərində tortun üstünə yamayırlar ki ufürəsən.Özü də bəzən elə həyasızlaşırlar ki sönmək bilmırlər və belə yerdə gərək adamın ordları zurnaçı orduna dönə. Ondansa elektrikdən yazın .O olmasa xoledelnikiniz nəynən işləyər və yayın günündə arağı harda soyudarsınız.İsti araqdan içib qarınağrısına düşərsiniz tetraskilinin bu defisit vaxtnda.Elektrik olmasa hökumət tədbirlərində mikrafon əvəzinə xiyar tutası deyilsiniz ki.Bəs o tədbirlərə gedəndən əvvəl qalstukunuz elektrik olmasa necə utülənər.Elektrik olmasa TAKSİYƏ pul çatdıra bilərsinizmi.Allah canını sağ eləsin metronun.Yoxsa bir gündə bir neçə tədbirə necə gedərsiniz.Sizlərə bir neçə məsləhət də verim-məsələn traynikə şeir yazın.Eyni vaxtda həm televizoru qoşub ümummilli liderə baxırsiniz həm telefonu zaryadkaya qoyursunuz həm də xoledelnikiniz işləyir.Belə yazmaq olar-

Traynik ay traynik-
gəl sənə qoşum çaynik.

  GÜL VƏ BÜLBÜL BARƏDƏ

Əzizlərim yəqin siz də təsdiq edərsiniz ki gül və bülbül heç də şam və pərvanədən geri qalan cütlük deyillər.Lap şoudu onlarınkı.Deyirəm indi Namiq və Aygün necə şou movzusudursa yəqin qədimdə də gül və bülbül movzusu gündəmdən düşmürmüş.Amma gəlin əlahəzrət biologiya görək nə deyir.Bülbül niyə gülə belə aşiq olub .Bülbül niyə cəh-cəh vurur.əvvəllər bir para parabaş bioloqlar elə zənn edirdilər ki cəh-cəh vuran bülbüllər cavan,hələ özünə həyat bübülü tapmamış bülbüllərdir.Bəzisi də cüt gəzən bülbüllərə baxıb cəh-cəhini lap yanıqlı edir.Bəziləri də insan ehtirasdan “daşa-divara sarıldığı “ kimi ehtirasdan gülə-çiçəyə sarılır.Hətta sevgilisini başqasıyla görən bəzi bülbüllər həsrətdən ölə də bilərlər.Amma əslində məsələ tam bam-başqadı.Cəh-cəh vuran bülbül erkək yox dişi bülbüldü.Özü də bu cəh-cəh bir növ bizim ana laylalarımız kimi bir şeydi.YƏNİ ANA BÜLBÜL BALALARINA QAYĞIKEŞ-QAYĞIKEŞ LAYLA ÇALIR.Ta ki ata bülbül balalara yem gətirincəyə qədər.Indi insafdımı bellə bir qayğıkeş ananı eşqbazlıqda suçlayasan.Özü də necə eşqbazlıqda.Təsəvvür edin dişi dişi ilə eşqbazlıq edir.Axı şeirimizdə gül dişi rəmzidi.Dişinin –dişi ilə eşqbazlığı isə xalis lezbiyankalıqdı.Insafınız olsun Zəlimxanlar,Məmməd Aslanlar .Baratlar və sairlər.Özünüzü ən ağır günaha batırısınız.Mən o dünyaya inanan bir adam kimi deyirəm bunu.BÖHTAN DANIŞANLARIN YERİ CƏHƏNNƏMDİ.Və hələ bu harasıdı-orda irin içirdiləndə deyəcəm sizlərə .Ha yalvarın ki bilməmişik.Onda Ağadadaş da orda olacaq və BİLMƏMİSƏN BİLƏYDİN oxuyacaqSiz də nə biləydim-biləydim deyəcəksiniz.OFF nə baxardım bu cəhənnəm mənzərəsinə!!!

Комментариев нет:

Отправить комментарий