17.12.2010

Hikmətli sözlər

Bir şam digər bir şamı alovlandırmaqla, işığından bir şey itirməz. Mövlane Cəlaləddin Rumi

Bilikdən daha vacib fərziyyədir. Albert Enşteyn

Hər bir faciə dəfələrlə təkrarlandıqdan sonra komediyaya çevrilir. E.M.Remark

Kişi üçün uğursuz sevgi əyləncə üçün bir bəhanədir. Karmen Silv

Yalnız əvvəlcədən düşünülmüş sevgi uğursuz ola bilər. Aleksandr Düma

Uşaqlarınızla öz yaşınıza görə deyil, onların yaşına görə davranın. Həzrət Əli

Fərsiz övlad 6-ci barmaq kimidir.Saxlasan səni eybəcər göstərər, kəssən incidər. HZ.Məhəmməd

Söz bilirsənsə söylə səndən ibrət alsinlar, söz bilmirsənsə sükut elə səni insan sansinlar! Naməlum

Ölüm gəlmədən həyatın, xəstəlikdən əvvəl məşğuliyyətin, qocalıqdan əvvəl sərvət və zənginliyin qədrini bilin. HZ.Məhəmməd

Birini işarə edib günahlandirarken diqqət edin, digər üç barmağınız sizi göstərir! Çin atalar sözü

Daxili gözəlliyi olmayan heç bir xarici gözəllik tam hesab edilə bilməz . Viktor Hüqo

Qadın öz başına nə gül qönçəsidir, nə də tikan. İyləməsini bilsən gül, tutmasını bilməsən tikan olar. Refik Halit Karay

Qaranlığı lənətləməkdənsə bir şam yandır. Konfutsi

Əgər insanların sizə yalan danışmağını istəmirsinizsə, sual verməyin. Traven

Zəngin olmayan adam, adam olmayan zəngindən üstündür. Plutarks

Bizim geyə biləcəyimiz ən yaxşı maska- bizim öz üzümüzdür. F. Nitsşe

Комментариев нет:

Отправить комментарий