23.12.2010

Tələbə avtobioqrafiyası

Ülvi Məmmədli
 

                  (Rok mahnı)

Yenə dərs...
Yenə savadsız müəllim...
Mühazirəni qabağından oxuya bilmir
Tələbənin etiraz hay-küyü
dalğalı dənizi xatırladır.
Müəllimin məzlum baxışı
deç nəyi dəyişdirmir.
Təhsilimiz nə kökdədir?
Sualının aydın cavabını
Montorinq qrupları,
 Müəllimlər İnisitutunun
Auditoriyalarında tapa bilərsiz.

Yenə imtahan gəlir.
Xüsusi parollar qoyulur rüşvətə
Dekan”saqqız”,
müəllim isə “əl isidən” deyir rüşvətə,
Kasıb uşaqlar qaçırlar restorana, tikintiyə
Tələbə yalvarır müəllimə
“Heç üz vurma”- deyir
azərbaycanlı müəllim
Kükürd epoxası yetişdirir
Analoqsuz inkişaf sökür
Qiyməti yuxarılar təsdiqlənib
odur ki ikinci söhbət ola da bilməz

Kasıb tələbə ac susuz
gəzir koridor boyu.
Səhər içib gəldiyi bir stəkan çay
qarnında simfoniya çalır.
Cibində siçanlar oynadığı
yuxarıdakıların vecinə deyil
yaşa, məmləkətim yaşa
bunuçün müstəqil olduqmu?
Tələbə anlaya bilmir.
Sonuncu bir manatını
ad gününə vermiş
üstündən yük götürmüş
Ürəkdə bu cür fıkirlər aşıb daşır.
Biz gedirik kapitalizmə
iri addımlarla
Neftimizi işğalçılar sümürür
Yaşa məmləkətim yaşa

Комментариев нет:

Отправить комментарий