14.05.2011

ABŞ-da azad ölkədirmi?


 İbrahim Sel                          Professional Oxucu Liqası

Yalnız vətəndaşların sərbəst şəkildə yuyunmasına və mənzillərini təmizləmələrinə hələlik qadağan qoyulmamışdır      

 Yəqin ki nə vaxtsa tozsoran maşın əlində tutulan şəxsi həbs edəcəklər

 Bu yaxınlarda Bakıda keçirilən sammitdə İran prezidenti Əhmədnejad çox maraqlı bir məqama toxundu. ABŞ-da 53 qadına ölüm cəzası verilib, amma heç kim bunu ədalətsiz adlandırmayıb. “Orada verilən hökmün qanuni olduğu deyilir, İranda belə hökm çıxarılanda isə insan haqlarının pozulması kimi qələmə verilir”.
 Doğrudan da maraqlıdır, nə üçün orada edilən edamlarla bağlı heç kim səsini çıxarmır, İranda isə həyata keçirilməyən hökm ətrafında səs-küy qaldırılır?
 Məlum olduğu kimi, ABŞ həmişə insan haqlarından yüksək səslə dəm vurur. Lakin hazırda bu ölkənin adı dünyanın ən işgəncə verən ölkələri siyahısında yerləşir. Buş dünyada işgəncənin qadağası üzrə səyləri açıq-aşkar şəkildə veto edən yeganə prezident oldu. Hal-hazırda Amerikanın daxili və xaricindəki ümumi fikir ABŞ dövlətini Quantanamo zindanının təsisi və süni boğulma yolu ilə etirafın alınması üsulu kimi hallarla tanıdır. İnsan haqlarını müdafiə üzrə bütün orqanlar və ABŞ konqresinin bəzi nümayəndələri süni boğulmanı işgəncənin tərəddüd edilməz bir nümunəsi bilirlər.
 Məlumdur ki, tarix boyu ABŞ kapitalistlərinin acgöz iqtisadi siyasəti bu ölkədə ekoloji vəziyyəti acınacaqlı hala gətirmişdir. Hətta sonrakı nəsillərin gələcəyi də ABŞ-ın ekoloji cəhətdən təhlükəli iqtisadi siyasətinin təsiri altında təhlükəyə düşmüşdür; bir çox alimlər zərərli qazların ətraf mühitə olan dağıdıcı təsirlərindən nigaran olduqlarını bildirirlər.
 ABŞ-ın “avtomobil paytaxtı” sayılan Detroyt şəhəri ölü zonaya çevrilib. Bu şəhərin məhvinə bir neçə fakt səbəb olub: şəhərdə daim tıxacların olması, yeraltı nəqliyyat və ya metronun qurulmaması, saysız-hesabsız çətinliklərdən bezib şəhərdən kənarda yaşamağı seçən əhalinin köçü, iqtisadi tənəzzül, rəqabətə tab gətirməmək və s. Yəhudi kapitalistlərini əhalinin maddi vəziyyəti düşündürmür, onları yalnız öz cibləri maraqlandırır.
 Əlbəttə, Amerika tərəfindən dünya ictimaiyyətinin maraqlarına göz yumulması təkcə ətraf mühit məsələsi ilə məhdudlaşmır və piyadaya qarşı minaların qadağanından tutmuş beynəlxalq cinayət məhkəməsinə qədər müxtəlif mövzuları əhatə edir. Bu səbəbdən dünyada ABŞ dövlətinin siyasətinə qarşı nifrətin bu qədər dərinləşməsi təəccübləndirici deyil.
 ABŞ-IN EYBƏCƏR QANUNLARI. Dörd min əhalisi olan Nom şəhərində iki türmə -yaşlılar və uşaqlar üçün- var. Kiçik yaşlılar üçün tikilən türməyə valideynlərinə, müəllimlərinə qulaq asmayanları, tamam azğınlaşmışları salırlar. Valideynlər uşaqlarını cəzalandıra bilməz: uşaqların öz hüquqları var, onlar valideynlərini məhkəməyə verə bilərlər. Valideynlər sözə baxmayan uşaqları ilə bağlı polisə müraciət etməlidirlər. Uşağı kəmərlə vuran valideyni türmə gözləyir. Amerikada pozğunluğun daha çox yayılması səbəblərindən biri də budur.
 Amerikaya köçən bir mühacir beş yaşlı qızı ilə mağazaya gedir. Uşaq mağazada oyuncaq görüb onu istəyir. Ana oyuncağı almaqdan imtina edəndə uşaq ağlamağa başlayır. Əsəbləşən ana rus adəti ilə uşağın arxasına şillə vurur. Axşam uşaqların hüquqlarını qoruyan adamlar evə baş çəkir və anaya xəbərdarlıq edirlər ki, əgər bir də uşağı vursa, onu valideyn hüququndan məhrum edə bilərlər. Görünür satıcı xəbər etmişdir.
 Milnokidə bir vətəndaşı 21 il müddətində həbs etmişlər- o pişik öldürmüşdür. Yalnız pişiyə görə yox, hakimin məntiqi daha dərin olmuşdur. Cinayətkar yalnız pişiyi ölkdürməmişdir, o ümumiyyətlə xoşagəlməz adamdır. Hakim onun haqqında məlumatları araşdırarkən məlum olmuşdur ki, o 1973-cü ildə dalaşmış, 1986-cı ildə onunla xoşagəlməz hadisə olmuşdur, 1992-ci ildə bir kişini butulka ilə vurmuşdur. Bəli, o bütün həyatı boyu dələduzluq etmişdir. İndi isə arvadının pişiyini öldürmüşdür. Yazıq pişik qorxudan çarpayının altına girsə də bu, sadisti dayandırmamışdır. Tapançadan açılan güllə pişiyin həyatına son qoymuşdur. Əgər bizdə pişiyə görə kiməsə 21 il iş kəsilsəydi, onda bütün ölkə diksinərdi- hətta repressiya illərində belə bizdə bu cür hallar olmamışdır.
 Amerikada türməyə düşənlər üçün bütün qapılar bağlanır, karyera yüksəlişi kəsilir. Bu qeyri-rəsmi baş versə də, faktiki olaraq belədir. Rusiyada milyondan çox adamın dustaq olması bizi təəccübləndirmir; vərdiş etmişik ki əhalinin yüz mininə düşən hesabı ilə Rusiyada ən çox dustaq var, bunu rusların vəhşiliyi kimi bizə sırıyırlar. Guya sivil ölkədə belə deyil. Amerika sivil ölkə sayılır, ancaq orada dustaqların sayı Rusiyadan daha çoxdur. Pişiyə görə 21 il həbs cəzasına məhkum olunanda belə statistika bizi təəccübləndirməməlidir.
 Yula ştatında ər-arvad xəyanətinə görə bir il, nigaha qədərki seks əlaqəsinə görə yarım il türmə nəzərdə tutulur. Merilend ştatında oral seksə görə beş il cəza kəsirlər- ştatda bu qadağan olunmuşdur. Bundan başqa 21 ştatda hakimiyyətin icazə vermədiyi seksə görə 30 gündən ömürlük həbsə qədər cəza almaq olar. “Əgər siz hələ azadlıqdasınızsa, bu sizin xidmətiniz yox, sizin natamamlığınızdır”. Deyəsən özünü sivil hesab edən heç bir dövlətdə insan hüququnbun bu cür pozulmasına rast gəlmirik. Amerikada seksual manyakların sayı da başqa ölkələrdən xeyli çoxdur. Amerika puritan ölkədir- ancaq məlumdur ki, nəyi isə qadağan edəndə, boğanda o gec-tez üzə çıxır, özü də ən pis və təhrif olunmuş formada.
 Amerika filmlərində güc işlətmək dəbdədir- baş kəsmək, qan tökmək, işgəncə vermək əsas mövzulardır. Bu filmlərə uşaqlar baxır. Ancaq çılpaq məmə, döş giləsi televizorda göstərmirlər- məhəbətdənsə ölüm nümayiş etdirməyə üstünlük verirlər. Bu riyakar ölkədə uşaq vaxtından adamların hələ lazımınca ifadəsini tapmayan şüurlarına yeridirlər ki, seks zorakılıqdan pisdir. Seksə yox, zorakılığa yol vermək olar- məhz buna görə də burada seksual manyakların sayı çoxdur.
 Amerikada adamların yalnız seksual hüquqları pozulmur. Burada həm də şəxsi avtomobil sahiblərinin hüquqları tapdalanır. Oreqonda və Nyu-Cersidə avtomobil sahiblərinə sərbəst şəkildə öz avtomobillərinə yanacaq doldurmaq qadağandır- sən yanacaq doldurma məntəqəsinə gəlməlisən və kiminsə sənin maşınına yanacaq vurmasını gözləməlisən. Yalnız vətəndaşların sərbəst şəkildə yuyunmasına və mənzillərini təmizləmələrinə hələlik qadağan qoyulmamışdır- yəqin ki nə vaxtsa tozsoran maşın əlində tutulan şəxsi həbs edəcəklər.  
 İldən-ilə dərinləşən iqtisadi böhran bu ölkənin əhaləsinə ciddi ziyan vurmaqdadır. Təkcə 2009-cu ilin aprel və iyun ayları arası 249 min insan öz mənzillərini itirmək məcburiyyətində qalıblar. İnflyasiyanin getdikcə dərinləşməsi və ölkə əhaləsinin iş yerlərini itirməsi, onların kredit vasitəsilə əldə etdikləri mənzillərinin əllərindən çıxmasına səbəb olmuşdur ki, bu da ölkədə ciddi problemlərə yol açıb. Kreditlərin vaxtında ödəmədiklərinə görə, 2 milyon insan öz mənzillərini itirib və hal hazırda 3 miyon insan da öz evlərini itirmək ərəfəsindədir.
 XALQ TƏCRÜBƏ DOVŞANI KİMİ. Qeyd edək ki, insanlar üzərində tibbi eksperimentlər Birləşmiş Ştatlarda adi haldır. Bu ekspermientlərin də müvafiq metodikası çoxdan işlənib hazırlanmışdır.
 1932-ci ildə dövlət (!) səhiyyə xidməti idarəsi Alabama ştatındakı Tuskeqidə eksperimentə başladı. Sifilis xəstəliyi tutmuş 399 adamdan ibarət bir qrup seçilib götürüldü. Onlara heç bir dərman vermirdilər. Eksperimentin ilkin məqsədi ölüm faizini sifilis xəstəliyi olmayan 201 nəfərdən ibarət kontrol qrupu ilə müqayisə etmək idi. Proqramın yerinə yetirilməsi düz 40 il çəkmişdir! Sifilis xəstəliyi olanların hamısı zənci olmuşdur və onların heç birinə 40 il ərzində deməmişdilər ki, o, eksperiment hədəfidir. 1972-ci ildə qalmaqal qopdu, senator A.Ribikov bildirdi ki, bu eksperiment “bürokratik təkəbbürün və rəhmsizliyin əlaməti olan dəhşətli hadisədir”.
 Eksperimentin rəhbəri, dövlət (!) qulluğunda olan həkim D.Hellerdən jurnalistlər hər halda soruşdular ki, xəstələrə heç dərman verirdilərmi? Həkim Hellerin həyasız cavabları valehedici şəkildə soyuqqanlı olmuşdu: “Yox. Onlardan dərman içməyi xahiş etmək heç vaxt bizim ağlımıza da gəlmirdi. Çünki bu dərmanlara tələbat böyükdür və bunlara başqaları, məsələn, silahlı qüvvələrdə daha çox möhtacdırlar. Bundan əlavə, biz onlar üçün dərmanlar əldə etməyə borclu deyilik, buna görə də biz bu dərmanları əldə etməyə heç cəhd də göstərməmişik. Bu bizim işimiz deyildir”. Bu iş elə beləcə də keçmişdə qaldı. Alabama ştatındakı Monthomeridə məhkəmə məsələni bitirirək belə müəyyən etdi: sağ qalanların- iki qrupdan təqribən 70 nəfər xəstə və sağlamın- hərəsinə 37 500 dollar, yəni hər bir gün üçün 2 dollar 50 sent verilsin. Hesablaşdılar! Qırx il üçün birdən! Budur, görün ABŞ-da insan həyatına bu qədər dürüst sentinədək necə qiymət qoyurlar!
 Eksperimentatorların ən çox sevdikləri yer həbsxanalardır. Amerika Vətəndaş Azadlıqları İttifaqının məlumatlarına görə, təqribən 20 min məhbusdan, həbsxanalarda bütün saxlanılanların çox yüksək faizindən müxtəlif qəbildən olan tibb eksperimentlərində, o cümlədən dərmanların sınaqdan çıxarılmasında istifadə edilir. Amerika tədqiqatçısı xanım D.Mitford qeyd etmişdir ki, həbsxanalar eksperiment aparan həkimləri maqnit kimi özünə cəzb edir, ona görə ki məhbuslar “şimpanzedən ucuzdurlar”- bir peşəkar təbib məhz belə deməşdir. Başqa bir hal: “Tədqiqatlar həbsxananın qapalı aləmində aparıldığına görə, təcrübə nəticəsində “könüllü” ciddi xəstələnərsə və ya ölərsə, bu çətin ki kiminsə diqqətini cəlb etsin”.
 Miçiqan ştatında iki farmakologiya şirkəti öz dərmanlarını Cekson həbsxanasında sınaqdan keçirmək üçün müstəsna ixtiyar almağa nail olmuşdur. Oklahomada farmakologiya şirkətləri məhbuslar üzərində təcrübələr aparan təbiblərə ildə 300 min dollar verirlər.
 MKİ-nin əsas tibbi əməliyyatı- “MK ultra”nın məqsədi isə belə idi: “Davranışa nəzarət üçün gizli istifadəyə yarayan kimyəvi, bioloji və radioloji pereparatların yaradılması”. Həkimlər və toksikoloqlar psixiatriya xəstəxanalarında və həbsxanalarda adamlar üzərində geniş təcrübələr aparırdılar. Leksinqton sağlamlaşdırma mərkəzi narkotiklər haqqında qanunları pozduqları üçün cəza çəkən narkomanlar üçün həbsxana idi. Təcrübələrin obyektləri məhbusların sırasından cəlb edilən könüllülər olmuşlar: ötəri tibbi müayinədən və iltizam aldıqdan sonra onların bədəninə qarabasma doğuran pereparatlar yeridilirdi. Əməliyyatda iştirak etməyə görə mükafat olaraq narkomanlara özlərinin istədiyi narkotiklər verilirdi.
 “MK ultra” proqramı üzrə inyeksiya almaqla və ya pereparatları içməklə nə qədər həyatın məhv edildiyini və nə qədər adamın əlil olduğunu heç kim və heç vaxt da bilməyəcəkdir.

Комментариев нет:

Отправить комментарий