17.05.2011

Azərbaycan Respublikasının xalqı sionistləri qovacaq

Sionist rejim bilməlidir ki, islami məntəqələrdəki onların dincliyi çox davam etməyəcək 

Höccətul-İslam Seyid Həsən Amili Ərdəbilin keçən günkü cümə namazı xütbələrində sionist rejimin Azərbaycan Respublikasında səfirinin «biz Azərbaycan Respublikasında hər bir yerdən daha çox dinclik və dostluq hissi keçiririk» sözlərinə münasibət bildirərək deyib: Bu sözlər təəssüfləndiricidir, amma sionist rejimin səfiri bilməlidir ki, sionistlərin İslami məntəqə olan Azərbaycan Respublikasındakı dinclikləri çox da davam etməyəcək və Azərbaycan Respublikasının müsəlman xalqı başqa müsəlman xalqlar kimi sionistləri Azərbaycan Respublikasından qovacaqlar. Ərdəbilin İmam Cüməsi regiondakı son dəyişikliklər, xüsusilə Misir xalqının Sionist rejimin Qahirədəki səfirliyinin bağlanması üzrə istəklərinə də işarə edib. Bu səs və müraciət, İranın İslam İnqilabının səsi və müraciətidir ki, hazırda regionun zülm altında olan xalqları tərəfindən eşidilməkdədir» - deyə Höccətul-İslam Seyid Həsən Amili qeyd edib. 

haqyolu.com

Комментариев нет:

Отправить комментарий