14.05.2011

Bin Ladenin model qardaşı qızı

Dünyanın ən məşhur soyadına sahib olan Laden ailəsi keçmişlərinə görə soyadlarını dəyişdirməli olur.

“Əl-Qaidə” terror təşkilatının lideri Üsəma Bin Ladenin qardaşı qızı Vafa Dufor da Laden soyadından imtina edərək anasının qızlıq soyadını götürməli olub. O, əmisinin 11 sentyabr hadisəsini törətdiyi vaxt Kolumbiya universitetinin hüquq fakültəsində təhsil alırdı. Bu hadisələrdən sonra Dufor soyadını götürən Vafanın artıq 35 yaşı var və Los-Ancelsdə yaşayır. Vafa kariyerasına “GQ” jurnalı üçün alt paltarı ilə şəkillər çəkdirərək, modellik etməklə başlayıb. Hazırda da həm modeldir, həm də bəstəkar. 

Комментариев нет:

Отправить комментарий