11.05.2011

"BUŞEHR" STANSİYASI NƏHAYƏT İŞƏ DÜŞDÜ

            Bu, stansiyanın tam olaraq işə başlamasından əvvəl kritik bir addımdır



FaktXeber.com-un verdiyi məlumata görə, İrandakı "Buşehr" nüvə stansiyası uzun illərdən sonra, nəhayət işə düşüb. Bu barədə nüvə stansiyasındakı işlərdən məsul olan Rusiyanın "Atom İstroy Eksport" şirkəti məlumat verib. Şirkət həmçinin bildirib ki, nüvə stansiyasının ilk reaktoru minimum və idarə olunacaq güc səviyyəsində işləyəcək. Bu, stansiyanın tam olaraq işə başlamasından əvvəl kritik bir addımdır.

Qeyd edək ki, "Buşehr" nüvə stansiyasının tikintisinə İran İslam İnqilabından öncə başlanılıb. Bu nüvə stansiyasının tikintisi üçün İran və Rusiya arasında müqavilə 1995-ci ildə Tehranda imzalanıb. Müqavilənin ümumi dəyəri bir milyard dollardır. "Buşehr" nüvə stansiyasında işlər 1999-cu il yanvar ayının 8-nə kimi tamamlanmalı idi. Buşehr nüvə stansiyasının tikintisini Rusiyanın "Atom İstroy Eksport" şirkəti aparır.

Комментариев нет:

Отправить комментарий