04.05.2011

CAMEL TROPHY

Yeşim Ağaoğlu

biz də at bacağı sevişmişdik dovşan ayağı
bığları məmələri fırlatmışdıq bir kənara
qollara bacaqları pəncərədən çölə qapı dışına
mən romançı deyiləm bilirsən
naşirləri döymə
gözünü oyma mənim üzümdən
mən hər zaman dizə qədər şeirlər yazaram
kamera arxasında istəyirsən məni
fövqəladə nəhəng filmlər
sinemanın sisli həyəcanı
pıqqır-pıqqır cadu qazanı
bizim də cet uçağıydı sevgimiz
eşqimiz sapsarı camel trophy
nə göm-göy günlərimiz oldu səninlə
əl içiylə baxılamaz qədər ayıb
qara gül qırmızı lalə
çiyələkli dondurma çırılçılpaq banan
islaq birər soxulcan idik o zaman
hey yanlış dəliklərə girən
toplam 372.5 kilo şəhvət
əllər yuxarı
səni boğmaq istəmirəm
nə olar tək gözlü ölmə 

Комментариев нет:

Отправить комментарий