09.05.2011

ÇİN NƏHAYƏT BUNU DA ETDİ

Çin ölkədəki ən böyük pilotsuz vertolyotun uçuşunu reallaşdırıb



FaktXeber.com-un verdiyi məlumata görə, Çin ölkədəki pilotsuz vertolyotun ilk uçuşunu reallaşdırıb.  Rəsmi Xinhua agentliyinin xəbərinə görə, vertolyotun uçuşu ölkənin şərqindəki Şandonq əyalətinin Veifanq şəhərində şənbə günü müvəffəqiyyətlə reallaşıb.
Yerdən qalxma ağırlığı 757 kq olan “V750” helikopteri, Veifanq-Tianxianq kosmos sənaye şirkətində aparılan təlim uçuşunda havada 10 dəqiqə manevr edib. 80 kq yük tutumuna sahib vertolyot 4 saat havada qalıb. Saatda 161 kilometr məsafədən insanlar tərəfindən ya da avtomotik olaraq idarə edilə bilir.
Veifanq Tianxianq havaçılıq və kosmos sənaye şirkətininin darə heyətinin başçısı Çeng Şenzonq, vertolyotun gələcəkdə həm hərbi, həm də sülh məqsədli qaravul, axtarış və xilasetmə ilə elmi kəşf üçün istifadə edilə biləcəyini söyləyib.
Qeyd edək ki, Vertolyot, “Veifanq Tianxianq” şirkətinin nəzdində “Qingdao Haili” vertolyot İstehsalı şirkəti tərəfindən 2010- cu ilin avqust ayında istehsal edilib.
http://forum.globaltimes.cn/forum/attachment.php?attachmentid=44481&d=1304835490

Комментариев нет:

Отправить комментарий