22.05.2011

Cənub bölgəsində dilənçi yezidi kürdlərin iyrənc yaşayış məskənləri aşkarlanıb

Lənkəran Şəhər Polis Şöbəsi maraqlı reyd keçirib. Belə ki, polis işçiləri Lənkəran şəhərində gündən-günə çoxalan qaraçı dilənçilərin izinə düşüb. Məlum olub ki, bu dilənçilər demək olar ki, Lənkəran şəhərinin bütün nöqtələrində uğurla “işləyirlər”. Bu dilənçilər Lənkəranın bir sıra küçələrində evlər kirayələyib və 15-20 nəfərlik qruplarla həmin evlərdə yaşayır, hə ay buna görə 50-100 manat pul ödəyirlər. Reyd nəticəsində o da aydınlaşıb ki, qaraçı dilənçilərin qaldıqları evlər olduqca bərbad və antisanitariya vəziyyətindədir. Natəmizlikdən bu otaqlarda elə pis qoxu yaranıb ki, həmin mənzillərdə bir neçə dəqiqədən artıq dayanmaq mümkünsüzdür.
Evi dilənçilərə kirayə verənlər öncə bunu ört-basdır etməyə çalışıblar. Lakin bu mənzillərdə tapılan dilənçi paltarları, digər əşyayi-dəlillər və dilənçilərin etirafları onların bu evlərdə yaşadıqlarını təsdiqləyib. Bundan sonra qaraçılara mənzil verənlər evdə çəkiliş aparılmasına qəti etiraz ediblər.
Reyd zamanı nə az, nə çox - 50-yə yaxın dilənçi aşkarlanıb. Bu dilənçilərin əksəriyyətinin Yevlax şəhərindən, Qazax və Kürdəmir rayonlardan gəldikləri müəyyənləşib. Bu barədə Lənkəran Şəhər Polis Şöbəsinin Post Patrul Xidməti bölümünün komandiri Şaiq İbadov aşağıdakıları bildirib:
Bu xoşagəlməz halın qarşısını almaq üçün onları evlərində kirayə saxlayan şəxslər barədə də tədbir görüləcək. Bu dilənçilər qeydiyyatda olduğu rayonlara göndəriliblər.
Bir məqam da maraqlı idi ki, reyd zamanı bəziləri bu prosesi sadəcə seyr etsə də, bəziləri gülərək özlərini heç nə olmamış kimi göstərir, hətta yerə tökülən xırda pulları toplamaqdan da çəkinmirdilər.
Redaksiyadan: Bu reydi faydalı bir əməliyyat kimi dəyərləndirsək də, amma təəccübümüzü də gizlədə bilmədik. Nədən 50 nəfərlik qrup aylarla bu rayonda dilənçiliklə məşğul olur, lakin müvafiq təşkilatların bundan xəbəri olmur.
Qəzetimiz çapa gedən ərəfədə redaksiyamıza məlumat daxil oldu ki, Lənkərandan sonra, dilənçilərin daha güclü düşərgəsi olan Cəlilabad rayonunda da bu peşə sahiblərini zərərsizləşdiriblər. Polis şöbəsindən verilən məlumata görə reyd nəticəsində 40-a yaxın dilənçi saxlanılaraq daimi qeydiyyatda olduğu rayonlara göndərilib. Yenə də dilənçilərin daimi yaşayış yerinin Yevlax şəhəri, Qazax və Kürdəmir rayonlarının olduğu müəyyənləşib. Doğrudan da maraqlıdır, niyə məhz hər yerdə Yevlax, Kürdəmir və Qazax?
Bir çox rayonların güc strukturları nədənsə dilənçilərin xətrinə dəymək istəmir. Çox yerlərdə dilənçilərin xüsusi məskənləri, düşərgələri var. Masallı rayonunda onlarla dilənçi– azyaşlı uşaqlardan tutmuş, yeniyetmə qızlaradək mərkəzi küçələrdə dilənir. Heyf ki, bu məsələlər köklü şəkildə araşdırılmır- bu dilənçiləri kimlər idarə edir, onlar necə idarə olunur? Onların başçıları, haqq verdikləri şəxslər kimdir? Bu sualların cavabları niyə açıqlanmır?

      Zaur Ağalaroğlu                 Professional Oxucu Liqası

Комментариев нет:

Отправить комментарий