07.05.2011

Dünyada sonuncu yazi makinasi fabriki baglandi


Əli Novruzov                   azadliq.org

Dünyada yazi makinası istehsal edən sonuncu fabrik – Hindistanin Mumbay
şəhərində fəaliyyət göstərən “Godrej and Boyce” 60 illik fəaliyyətinə son qoyub.

Kompüterlərin geniş yayılmasindan sonra makinalar istifadədən çixsalar da, son illərə qədər Hindistanda onlara hələ də tələbat qalırdı.

Əsasən daxili bazara isləyən “Godrej and Boyce” 2000-2010-ci illər arası hər il 10-12 min makina istehsal edib.

Keçən il isə firmanın məhsuluna olan tələbat kəskin şəkildə düşüb, cəmi 800 makina satılıb. Ona görə də firma məcbur olur ki, istehsalı dayandırsın və ambarda qalan məhsulların satışını təşkil etsin. Hazirda firmanin cəmi 200 satılmayan makınası qalıb, onların da çoxu ərəb əlifbası ilə yazan makinalardır.

Dünyada makinanın ilk kommersiya istehsalı 1867-ci ildə ABŞ-da olub.

XX əsrin əvvəllərində yazi makinalari standartlaşaraq bizim hamimiza kompüterlərdən taniş olan "QWERTY" klaviaturasi formasını alıb.

Комментариев нет:

Отправить комментарий