03.05.2011

Gəncədə PKK yuva salıb?

Gəncədə PKK yuva salıb?"Sərçə" bazarından başlayan yolda "kürd Nəbinin" addım səslər



Gəncə şəhərində vağzalətrafı ərazidə fəaliyyət göstərən, xalq arasında "Sərçə bazarı" adı ilə tanınan, "Kəpəz" bazarı barədə araşdırmalarımız nəticəsində yeni faktlar əldə etdik. Bu bazarın adına vaxtilə ona görə "sərçə" deyirdilər ki, burada ticarətin ömrü cəmi bir-neçə saat olurdu, sonra isə, alıcılar və satıcılar çəkilirdilər. İndi isə, günün istənilən saatı burada "şıdırğı" alver gedir. Bura Gəncəbasarın hər yerindən Goranboydan, Göygöldən, Samuxdan, Şəmkirdən, Gədəbəydən hər cür məhsul gətirilir.
Amma bazarın səliqəsindən, təmizliyindən danışmaq mümkün deyil. Şəhərin mərkəzində bir antisanitariya ocağı olan bu bazar bir neçə dəfə şəhər rəhbərliyinin keçirdiyi iclaslarda tənqid hədəfi olub.
Bir neçə dəfə  İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keçirdikləri monitorinq zamanı insan səhhəti üçün təhlükəli ərzaqlar aşkar edilərək müsadirə olunsa da, bazar rəhbərliyi və himayədarları bazarın fəaliyyətini bərpa etməyə nail olublar. Maraqlıdır ki, qeyd olunan tənqidlər barədə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi də susur.
Bazarın əsas pay sahibi, Gəncə əsilli, Rusiya Federasiyasının Tümen şəhərində yaşayan Ceyhun adlı şəxsdir. Amma bazarın idarəetməsi başqaları tərəfindən həyata keçirilir. Ticarət mərkəzinin müdiri kimi Siyavuş adlı şəxs tanınsa da, bura qeyri-rəsmi rəhbərliyi Nəbi Quliyev edir. Məhz belə qatmaqarışıq idarəetmənin nəticəsidir ki, bazarda xaos hökm sürür.
Antisanitariyanın hökm sürdüyü bu bazarda heç bir ərzaq təhlükəsizliyindən söhbət gedə bilməz. Bir sözlə, bazarda infeksion xəstəliklərin yayılması və inkişafı üçün münbit şərait var. Amma, insanları real təhlükəyə sürükləyən bazarın fəaliyyətinə "gözün üstə qaşın var" deyən tapılmır ki, tapılmır...
Redaksiyaya daxil olan məlumatlara görə, "Kəpəz" bazarının fəaliyyəti nəticəsində əldə edilən gəlirlər vergilərdən yayındırılır. Xüsusi olaraq vurğulamağı vacib bilirik ki, bazarın fəaliyyəti səyyar vergi yoxlamasına cəlb edilməli, burada xronometraj təhlillər aparıb, vergilərin hesablanmasına yenidən baxılmalıdır.
Yoxlamalara və bazarın fəaliyyətinə dövlət nəzarətini təmin etməyə mane olan qüvvələr mövcuddur. Bu qüvvələrin başında isə, keçmiş prokurorluq işçisi, Nəbi Quliyev dayanır. "Kürd Nəbi" ayaması ilə tanınan Nəbi Quliyev, prokurorluq sıralarında işlədiyi dövrdə sahib olduğu səlahiyyətləri hələ də sürdürməkdə davam edir. Bütün dövlət idarələri ilə "səmərəli" əlaqələr qurmağa nail olan Nəbi Quliyev, sözün həqiqi mənasında bazara "himayədarlıq" edir. Korrupsiya yolu ilə qazanılmış pulların hal-hazırda bazardakı dövriyyəsi ona dvident gətirməklə yanaşı, "hami"lik fəaliyyəti də ona bol pul qazandırır. Əməllərini pərdələmək üçün Nəbi Quliyev, adının bazardakı "göy-göyərti" biznesində hallanmasına icazə verir. Ancaq xalqı heç nə ilə aldatmaq mümkün deyil.
Gəlirləri artdıqca daha çox varlanmaq istəyən Nəbi Quliyev, ətraf rayonlara da kapital qoyuluşu həyata keçirir. Nəbi Quliyeva məxsus üzüm sahələri və Samux rayonunda heyvandarlıq ferması, keç miş məmurun daha çox varlanmaq arzusunu büruzə verən amillərdir.
Keçən saylarımızda Nəbi Quliyev və "Kəpəz" bazarı barədə dərc edilən məqalədə Quliyevlər ailəsinin prokurorluq sistemi ilə əlaqəli həyat tərzinə malik olduqları barədə, hətta vəzifə başında yol verdiyi nöqsanlara görə Nəbi Quliyevin oğlu Şamil Quliyevin işdən kənarlaşdırılması barədə qeyd etmişdik. Nəbi Quliyevin digər oğlu olan Mehman Quliev isə artıq vəfat edib. Daxil olan məlumatlara görə rəhmətlik narkoman imiş. Adını çəkmədiyimiz mənbənin verdiyi məlumata görə, rəhmətliyin narkotikə qurşanmasında da, əsas səbəbkar elə atası olub. Yaranan ailə münaqişəsi zəminində, Mehman Quliyev dərdlərini unutmaq üçün narkotik maddələrin köməyindən istifadə edib və nəticədə orqanizmini ciddi zədələyərək dünyasını dəyişib. Məlumatı bir qədər də dəqiqləşdirdikdən sonra, "ləpirlər" bizi daha maraqlı faktların üzərinə aparıb çıxardı. Deməli, Mehman Quliyev Bakıda yaşayırmış. Atasının maliyyə dəstəyi ilə Bakıda biznes quran Mehman, çox keçmir ki, burada əslən Gəncə şəhərindən olan, amma Bakıda yaşayan Elnurə Əliyeva adlı bir qadınla tanış olur və onunla "isti" münasibətlər qurur. Bir qədər görüşdükdən sonra, onlar nigah bağlamaq fikrinə düşünürlər. Deyilənlərə görə, Elnurə Əliyeva, əvvəllər cinayət tərkibi olan bir neçə fəaliyyətdə olması Nəbi Quliyevə məlum olduğu üçün o, qəti surətdə bu nigahın əleyhinə çıxır. Ancaq atalarımız "könül sevən, göyçək olar", deyiblər. Vəziyyətin gərgin hal aldığını görən gənclər, bu dəfə vətəndaş nigahına girməyi qərara alırlar. Xəbəri Nəbi Quliyev qəzəblə qarşılayır və oğlu ilə əlaqələrini kəsir. Ondan sonra, yuxarıda sadaladığımız faciə baş verir. Mehman Quliyev vəfat etdikdən sonra, onun bütün əmlakını atası ələ keçirir və kürəkənləri Elşən Hüseynov tərəfindən idarə olunur. Elnurə Əliyevaya isə, Mehman Quliyevin ev şəraitində saxladığı bir neçə itdən başqa miras çatmır.
Bəs Nəbi Quliyevin arxasında hansı qüvvə dayanıb? O, qazandığı pulların hamısını cibinəmi qoyur? Bu sualların cavabını tapmaq üçün araşdırmalarımızı davam etdirdik. Bu dəfə Nəbi müəllimin "ayaq izlərini" təqib etmək bizi çox uzağa, Şimali İraqa aparb çıxardı. Hal-hazırda Nəbi Quliyevin kürd terror təşkilatı olan "PKK" ilə əlaqələri araşdırılır. Əldə etdiyimiz məlumatlara görə o, qazancının əhəmiyyətli hissəsini bu təşkilatın nəzarət etdiyi fondlardan birinə köçürür. Azərbaycan xalqına çətin günlərdə arxa-dayaq olmuş qardaş Türkiyəyə qarşı belə bir fəaliyyət, Azərbaycan xalqına qarşı xəyanətdir. Əgər Nəbi Quliyevin bu fəaliyyəti sübut olunarsa, hesab edirik ki, onu xalqın mühakiməsinə vermək, ən ağır cəza ilə cəzalandırmaq lazımdır.
PKK-nı hələlik saxlayaq sonrakı saylarımıza, qayıdaq Gəncə şəhərinə. Elmar Vəliyev kimi islahatçı və mütərəqqi fikirli bir rəhbərin təyinatı, Dövlət Başçısının şəhər əhalisinə ən gözəl töhfəsi oldu. Elmar müəllim Gəncə Şəhər İcra Hikimiyyəti Başçısı vəzifəsinə təyinat aldıqdan sonra, bu şəhərdə fövqəladə canlanma əmələ gəldi. Şəhər əhalisinin  həyat səviyyəsi yüksəlir, şəhərdə abadlıq işləri aparılır, korrupsiya ilə mübarizə gücləndirilir. Çoxdan bəri yığılıb qamış ssosial problemlər bir-birinin ardınca həll edilməyə, iş yerlərinin sayı artırılmağa, iqtisadiyyat güclənməyə başladı.
Ancaq bu inkişafı gözü götürməyənlər, faydalı fəaliyyətə kölgə salanlar da tapıldı. Aşkar edildi ki, şəhər burjuaziyasının Elmar Vəliyevə qarşı qruplaşmasının baında Nəbi Quliyev dayanır. Sən demə, Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevlə Nəbi Quliyevin köhnədən ədavətləri varmış. Tanınmış iş adamı olan Şahmar Vəliyev, bir müddət bundan öncə sahib olduğu pivə zavoduna xammal gətirmək üçün, Nəbi Quliyevə sifariş verir. Nəbi Quliyev tərəfindən Gürcüstandan idxal olunan məhsul aşağı keyfiyyətli olduğu üçün, sifarişçi malı qəbul etmək istəmir. Bununla əlaqədar mübahisə yaranır və məsələ öz həllini tapmır. İndi Nəbi Quliyev, oturub-durduğu hər məclisdə deyir ki, "Elmargil" mənə 80 min dollar atıb. Buna görə də, Nəbi Quliyev imkan düşdükcə İH başçısından Prezident Adminstrasiyasına "kompramat" ötürür.
Fikir verirsinizsə, antisanitariya qalmaqalı ilə başlanan "bazar araşdırması" haralara kimi uzandı. Hal-hazırda bildiklərimiz yazdıqlarımızdan çoxdur, mma araşdırmaları tam başa çatdırdıqdan sonra onları sizinlə ölüşəcəyik.

"Bizim dövr"

Комментариев нет:

Отправить комментарий