14.05.2011

İNGİLTƏRƏLİ HƏRBÇİNİN TÜKÜRPƏDİCİ CİNAYƏTİ

                  İngiltərəli hərbçi İraq və Əfqanıstanda 12 az yaşlı qıza təcavüz edib



FaktXeber.com-un "Daily Mail" qəzetinə istinadən verdiyi məlumata görə, ingiltərəli hərbiçi aralarında 6 yaşlı uşaq olmaqla, 12 azyaşlı qıza təcavüz etməkdə təqsirli bilinərək həbs olunub. İngiltərənin qərbində yerləşən Midlands bölgəsində yaşayan İan Tukley adlı hərbiçi, 1997-2010-cu illər arasında Əfqanıstan və İraqda 6-17 yaş arasında 12 qıza təcavüz etdiyi üçün saxlanılıb. Həbs olunan 31 yaşlı hərbçi, bundan əlavə 31 cinsi təcavüzdə də təqsirli bilinir.

Qeyd edək ki, İngiltərə ordusunda müxtəlif vəzifələrdə olan və Əfqanıstanda aparılan hərbi əməliyyatlarda 5 il iştirak edən Tuklenin, terrorçularla mübarizə aparmaq üçün xüsusi təlimlər keçdiyi bildirilir. Tukleyin törətdiyi cinayətlər və onun haqqında qaldırılan iddia, bu günə qədər İngiltərə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən gizli saxlanılıb.

Lakin Tukler haqqında məlumatlar məhkəmə hakiminin təkidi ilə mətbuata açıqlanıb. İngilis zabitin qaynı olan Martin Finney də eyni ittiham üzrə həbs olunub. Tükürpədici cinayətlər törədən Martin Finne, 24 müxtəlif cinsi təcavüzdə ittiham olunur. "St John" adına təcili tibbi yardım xidmətində işləyən Finney, təcavüz etdiyi şəxsləri əvvəlcə "nitro-oksid" və "gülmə qazından" istifadə edərək normal vəziyyətdən çıxardıb, sonra cinayəti həyata keçirirmiş.

Комментариев нет:

Отправить комментарий