14.05.2011

İNTERNETDƏ GOOGLE-FACEBOOK DAVASI

                      Facebook Googledən üzr istəməyə məcbur olub


Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebookun (6 mln.-dan çox istifadəçisi var – red.) məşhur piar (PR) agenti olan Burson Marstellerdən Google-nin əleyhinə tənqidi hesabat hazırlamağı sifariş etməsi ilə əlaqədar böyük qalmaqal yaranıb.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə ilk xəbər mayın əvvvəlində Amerikanın məşhur «USA Today» qəzetində çıxan məqalədən sonra yayılmışdı. Mayın 6-da adıçəkilən qəzet öz oxucularına bildirmişdi ki, onun redaksiyası ilə PR agent Burson Marstellerin iki əməkdaşı əlaqə yaradıb və Google servisi barədə «Social Circle» başlıqlı sərt məqalə hazırlamağı təklif edib.

Azərbaycan dilinə tərcümədə «Sosial əlaqələr» mənasına gələn bu servis, Gmail-in ismarıclarından istifadə edənlər üçün nəzərdə tutulub. «Sosial əlaqələr» bu şəbəkə istifadəçisinin avtomatik olaraq açıq mənbələrdən tanış siyahısını tərtib etməsidir. Bura Gmail-in əlaqə siyahısına daxil etdiyi insanları, o cümlədən beynəlxalq şəbəkələr Facebook, Twitter, LinkerdIn və s. dostlar siyahısından tanışları əlavə edən insanlar daxildir. Bu birinci dərəcəli əlaqələrdir. İkinci dərəcəliyə «dostlarımın-dostları» daxildir. Bu siyahıda Google-nin «sosial axtarış»ı ilkin yerlərdən birini tutur, hansı ki, bu servis axtarışla istifadəçinin internetdə məlumat toplaya bilməsinə yardımçı olur.

“USA Today”ə müraciət edən piarşiklər “Social Circle”nin insanların şəxsi həyatına müdaxilə etməsini əsas götürürlər. Guya ki, siz Gmail-dən istifadə etməyin, ancaq Facebook-da bu şəbəkənin istifadəçiləri ilə tanış olun. Əgər bunun əksini eləsəniz, sizin barədə informasiya dostlarınızın dostlarına çatacaq ki, buna da siz razılıq verməzsiniz.

Buna baxmayaraq, “USA Today” “Social Circle”ni pisləməyib, əksinə Burson Marstellerdən olan PR-lərin adlarını veriblər: Jim Goldman və John Mercurio. Bundan əlavə, “USA Today” araşdırıb ki, KİV-də “Social Circle”li qaralamaq təkcə onlara təklif olunmayıb. Google-nin «sifariş olunması» məlum məsələ idi, qalırdı sifarişçiləri tapmaq. Ən aydın variant kimi Apple (iOS i Android-lə rəqabətdədirlər) və Microsoft (Bing və Google axtarış sistemi ilə rəqabətdədirlər) görünürdü.

Ancaq əsl həqiqətə “The Daily Beast” xəbər saytı çatdı. Bu saytın müəllifi kimi Dan Lyons öyrəndi ki, əsl məqsədi məlum olmasa da, sifarişçi Facebookdur. PR agenti olan BursonMarstellerlə əməkdaşlığına aydınlıq gətirən Facebook 2 dəlil irəli sürdü: Biz istifadəçilərin şəxsi məlumatlarının toxunulmazlığının qeydinə qalırdıq və “Social Circle”nin bizim sosial şədbəkənin məlumatlarından istifadə etməsindən xoşumuz gəlmirdi.

Əlbəttə, Facebookun PR agentə müraciət etməsində təəccüblü heç nə yoxdur, çünki bu kompaniyalar cəmiyyətin fikirlərini yönləndirməkdən ötrüdür.

Ancaq onların manipulyasiyaları hiss olunmamalıdır. Bu tapşırığı Burson Marsteller heç cür yerinə yetirə bilmədi.

Mayın 12-də “The Daily Beast” PR qalmaqalı ilə əlaqədar məqalə dərc elədi və internetin «qəhrəmanı» oldu. Facebook üzrxahlıq rəylərini yayaraq bildirdi ki, onların əsl məqsədi internetdə gizliliyin qorunmasına diqqəti yönəltmək idi.

Google hələ ki, bu barədə susur, ancaq onun bu vəziyyətdən keyf aldığı aydın hiss olunur.



faktxeber.com

Комментариев нет:

Отправить комментарий