22.05.2011

İranlı cavanların Qarabağ döyüşündə iştirakını göstərmək üçün ANS-in arxivini açmaq kifayətdir


 Ərdəbilin imam-cüməsi Ayətullah Seyid Həsən Amulinin Qarabağ məsələsində İran İslam Respublikasının Azərbaycan Respublikasına insani və hərbi yardımlarına dair bəzi həqiqətləri təzahür etməsini müsbət qarşılayan Azərbaycan Respublikası İslam Partiyasının sabiq sədri Hacıağa Nurinin fikrincə artıq bununla bağlı ANS kanalının arxivində gizli saxlanılan kadrların açılmasının vaxtı çatıb.
Beynəlxalq "Səhər" kanalının suallarını cavablandıran Hacıağa Nuri vurğulayıb: "Höccətul-İslam Seyid Həsən Amuli tarixin bəzi bağlı səhifələrini açıbdır. Mən Qarabağ məsələsində baş verən hadisələrlə yaxından tanış olan və hadisələrin iştirakçısı olan bir şəxs kimi deyə bilərəm ki, hələ ola bilər ki İranın Azərbaycan Respublikasında elədiyi yardımların böyük bir qismi açılmayıb . Mən o zaman meydanlarda olan bir şəxs kimi bildirirəm ki, mərhum Rövşən Cavadov kimi OMONçular İranın o zaman Azərbaycan Respublikasına hansı xidmətləri göstərdiyini yaxşı bilirlər. ANS kanalının arxivində o zamanın kadrları var ki, yaxşı göstərir Ərdəbil və Təbrizin gəncləri Qarabağ savaşında necə döyüşüblər. O zaman istər azərbaycanlıları aparıb İranda təlim verməkdə, istərsə də Azərbaycanda təlim mərkəzlərinin qurulmasında, qaçqınlar üçün humanitar yardımlarda və qaçqın düşərgələrində onlara pənah verməkdə, sərhədi açıb böyük qaçqın kütləsini fəlakətdən qurtarmaqda iranlı qardaşlarımızın unudulmaz köməkləri olub". 


HaqqYolu

Комментариев нет:

Отправить комментарий