16.05.2011

İranla Azərbaycan arasında dəmir yolu birləşdirilir


image
İran tərəfi işləri başa çatdırmaq üzrədir, Azərbaycan tərəfi dəmir yolun tikintisinə hələ başlamayıb


Mayın 12-də Astara şəhərində İranla Azərbaycanın işçi qurupları İranla birləşdiriləcək quru və dəmir yollarının tikintisi ilə bağlı hazırlıq işləri müzakirə edilib.

Astaraçayın üzərində quru və dəmir yolu körpülərin tikilməsi nəzərdə tutulur. Azərbaycanın dəmir yolunu İranın dəmir yoluna birləşdirmək üçün 8,4 kilometr dəmir yolun çəkilməsi planlaşdırılır. İran dəmir yolunu Azərbaycan sərhəddinə gətirmək üçün 350 kilometr olan Qəzvin-Rəşt-Astara dəmir yolunu çəkməlidir. İran tərəfi işləri başa çatdırmaq üzrədir. Azərbaycan tərəfi dəmir yolun tikintisinə hələ başlamayıb.

Ələt-Astara-İran sərhəd yolunun uzunluğu 243 kilometrdir. İlkin razılaşmaya görə bütün işləri İran 2 milyon dollara layihələşdirib. Bakı- İran sərhədinə qədər olan yolun Biləsuvar dairəsi tikilib istismara verilib. Masallı-Lənkəran-Astara yolun tikintisinə isə hazırlıq gedir.



AzadlıqRadiosu 

Комментариев нет:

Отправить комментарий