14.05.2011

İSTEFA VER, YOXSA KASETLƏRİN ÇIXACAQ!

                                         MHP lideri Dövlət Baxçalı təhdid edildi



FaktXeber.com-un Türkiyənin "Vətən" qəzetinə istinadən verdiyi məlumata görə, dörd MHP nümayəndəsinin istefasıyla nəticələnən kaset skandalından sonra, görüntüləri yayımlayan internet sayt, bu dəfə Milləyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalını təhdid edib. MHP liderinə 18 May saat 10:00 tarixinə qədər vaxt verən internet sayt, Baxçalının istefa verməyəcəyi təqdirdə onun video görüntülərini internetə buraxacağını açıqlayıb. MHP lideri Dövlət Baxçalıya ünvanlanan məktubda həmçinin bildirilib ki: "Sizi yaxşı niyyət və israrla Zuhal Xanım (Topçu), Meral Xanım (Akşener), Mənsur bəy (Yavaş), Cəlal Bəy (Adan), Semih Bəy (Yalçın) və bir çox dostlarımız xəbərdar etmişdi. Du ideyası olmayan, ləyaqətsiz, mənfəətçi və əxlaqsız komanda ilə heç yana gedə bilməyəcəyinizi demişdik. Nəticədə onların video kasetləri yayımlandı. Əgər tələbimiz yerinə yetirilməsə yeni görüntülər çıxacaq və onda MHP-nin əsl üzü məlum olacaq".

Qeyd edək ki, MHP liderindən tələb olunanlar aşağıdakılardır:

1. Hörmətli Baxçalı, dərhal sədrlikdən istefa verin və deputat namizədliyinizi ləğv edin.

2. Başçılıq divanı üzvlərindən əxlaqsızlıq edənlər və xəyanətkarlar, dərhal partiyadakı vəzifələrindən və millət vəkilliyi namizədliklərindən istefa versinlər. Hər kəs özünü və bir-birini çox yaxşı tanıyır. Kimsə başını torpağa salmasın.

3. Oktay Vural müvəqqəti ümumi başçı sifətiylə partiyanı dərhal toplasın və qurulta hazırlasın. Beləcə 12 İyun seçkilərinə "tərtəmiz və güclü bir MHP" olaraq girərik.

4. Seçkilərdən sonra vaxt keçirmədən qurultay toplansın, idealistlər özlərinə yaraşan liderini və rəhbəri seçsin.

Комментариев нет:

Отправить комментарий