10.05.2011

Əli Hacı Türkiyə səfərini başa vurdu

Xəbər verdiyimiz kimi, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin I müavini, Hüquq, Sosial və İqtisadi Tədqiqatlar İnistitunun direktoru, 34 saylı Xətai II Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Əli Hacı Ağaevli oktyabr ayının 1-dən 4-nə kimi Türkiyənin İstanbul şəhərinə səfər edib.

Qeyd edək ki, səfərin məqsədi, bu ilin dekabr ayında Almaniyanın Bonn şəhərində keçiriləcək Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti qurultayına hazırlıq və İstanbuldakı Azərbaycan diasporunun nümayəndələri ilə görüş olub.

Səfərin ilk günü Əli bəy, DAK-ın İstanbuldakı yetkililəri ilə görüşüb. Qurultaya hazırlıq və digər texniki işlər müzakirə edilib. Türkiyə Nümayəndə heyətinin qurultayda geniş tərkibdə iştirak etməsi qərarlaşdırılıb.

Əli Hacı səfər Çərçivəsində İstanbul Universitetində də olub. O, unversitetin Ədəbiyyat Fakultəsi professoru Əli Arıslan və İqtisadiyyat Fakultəsinin dekanı professor Sedat Murad ilə görüşüb.
Görüşdə Azərbaycan və Türkiyənin ictimai, mədəni və ədəbi əlaqələri müzakirə edilib.

Əli Arslan deyib ki, Azərbaycandan Türkiyədə təhsil alan tələbələrin Tarix, Ədəbiyyat ixtisaslarına maraq göstərmədiklərini deyib və bildirib ki, Borçalıdan gələn tələbələrdə eynən elədir. Azərbaycanlılar daha çox iqtisadiyyat, gömrük və biznes ixtisaslarına maraq göstərirlər.

Əli Hacı bildirdi ki, bu dünyada baş verən proseslər və qloballaşma ilə bağlıdır, ixtisas seçimində hər kəs sərbəstir: “Biz daha cox maraq göstəririk ki, bizim gənclər təhsil almaqda Türkiyəyə üstünlük versinlər. Bu qardaş ölkədə təhsilin yüksək səviyyədə olması ilə bağlıdır”.

İqtisadiyyat Fakultəsinin dekanı professor Sedat Murad da çıxışında Azərbaycanlı tələbələrin müasir ixtisaslara cox üstünlük verdiklərini deyib və qeyd edib ki, qardaş ölkədən gələn tələbələr bilik səviyyələri ilə digərlərini üstələyirlər. Prosessor sözünün sonunda deyib ki, o bu il Qafqaz Unversitertinin Bakıda təşkil etdiyi beynəlxalq konfransda iştirak edəcək.

Əli Hacı çıxışının sonunda Azərbaycanlı alim Aygün Aktarın rektor təyin edilməməsini pislədi və qeyd etdi ki, bizdə bu məsələyə çox həssaslıqla yanaşırlar, bu çür olayın olmasılndan təssüflənirlər.

DAK rəsmisi görüşünün sonunda İstanbulda olabn Azərbaycanlı iş adamları ilə görüşdü. Görüşdə Türkiyə ilə Azərbaycan arasında olan ticarət ələqələri müzakirə edilib və hər ki dövlətin prezidentlərinə yaratdıqları bu şəraiti yüksək dəyərləndiriblər.



elpress.az

Комментариев нет:

Отправить комментарий