17.05.2011

Mahir Cavadov və Yaqub Məmmədov da İranlı ruhaninin sözlərini təsdiqlədi



image
Elçibəy: "İranın köməyi ilə Qarabağı qaytarmaqdansa, Qarabağı ermənilərə verərəm" - deyibmiş?


İranın Ali Dini Lideri Ayətullah Xameneinin Ərdəbildəki təmsilçisi, həmçinin Ərdəbil şəhərinin İmam Cüməsi Seyyid Həsən Amilinin açıqlamaları ölkə və ölkədən xaricdə əks-sədaya səbəb olub.
İranlı ayətullahın Azərbaycanın Daxili İşlər Nazirinin müavini, XTMD-nin komandiri Rövşən Cavadovun: "Mərhum Rövşən Cavadov ona yardım edən təbrizli generalla söhbətində çox maraqlı bir nüansı xatırlamışdı. O demişdi ki, çevrilişdən və prezident and içdikdən sonra ilk rəsmi görüşə məni çağırmışdı. Fikirləşirdim ki, məndən Qarabağın azadlığı haqda planımızın nədən ibarət olduğu soruşulacaq. Odur ki, döyüş və əməliyyat planını qovluğa qoyub bəylə görüşə getdim. Amma söhbət əsnasında çaşıb qaldım. Prezident stolunun üstündə bir qovluğa işarə edib dedi: “Sizin İranla bu günə qədər olan həmkarlığınızdan xəbərim var. (Həmin qovluq İsraildən Türkiyəyə, oradan da Azərbaycana göndərilmişdi) Artıq bu gündən bütün əlaqələri dayandırmalısınız. Bizə İranın köməyi lazım deyil. Mən bilsəm ki, Qarabağı İranın köməyi ilə geri alacağıq, o torpaqları ermənilərə bağışlayaram. Qarabağ ciddi bir problem deyil, az bir zamanda öz həllini tapacaq. Bizim müharibəmiz İranladır, özümüzü İranla müharibəyə hazırlamalıyıq. Bizim həqiqi düşmənimiz ermənilər deyil, farslardır” açıqlaması isə xüsusi şok açıqlama kimi mətbuatda yayılıb.
Bu haqda "islam-azeri.az"  Rövşən Cavadovun qardaşı, hazırda Avstriyada mühacirətdə yaşayan Mahir Cavadovun bu haqda fikirlərini öyrənib.
Mahir Cavadov Amilinin Rövşən Cavadovun haqqında dediklərini təsdiqləyərək bu barədə deyib: "Bəli, Seyyid Amilinin bu sözlərini mənə qardaşım (Rövşən Cavadov) deyib, mən bunu təsdiq edirəm. Ümumiyyətlə Ərdəbil şəhərinin İmam Cüməsi Seyyid Həsən Amilinin bütün açıqlamalarıyla razıyam. Elçibəy də, Heydər Əliyev də imkan vermədilər ki, İran bizə Qarabağ barədə yardım etsin. İnsanın meyarı onun sözü yox, əməlləri ilə ölçülür. Qarabağın azad olmasını istəməyənlər isə ancaq ermənilər ola bilər".
"Haqq yolu" saytının verdiyi məlumata görə, sözügedən dövrdə prezident səlahiyyətlərini yerinə yetirən Ali Sovetin keçmiş sədri Yaqub Məmmədov "Həftə içi"nə deyib: ”Mənim İran rəhbərliyi ilə apardığım danışıqlarda silah məsələsini müzakirə etmişik. Bununla bağlı razılıq var idi. Dövlət xəttiylə yox, qeyri-rəsmi şəkildə onlar bizə əvvəl də silah verirdilər. Müdafiə nazirliyi bu silahları alırdı. Sonradan hakimiyyətdən getdiyim üçün bu razılığın sonrakı aqibətinin necə olduğunu bilmirəm…”.Y.Məmmədov Dağlıq Qarabağa mücahidlərin gətirilməsi məsələsinə də toxundu. Bildirdi ki, bu işlər onun hakimiyyətdən getməsindən sonra baş verib: "Lakin bu məsələlər ətrafında da danışıqlar aparılıb. Əfqanıstandan, Pakistandan, Çeçenistandan və s. gələnlərin məsələsi. Ancaq bu danışıqlar məxfi söhbətlər idi. Xüsusi adamlar bu işlə məşğul olurdu. Sonradan öyrəndim ki, Pakistandan, Əfqanıstandan gələnlər var. Lakin mənim vaxtımda bu məsələ ilə bağlı ancaq danışıqlar gedirdi".

salaminfo.az

Комментариев нет:

Отправить комментарий