07.05.2011

NECƏ Kİ… (şeirlər)

Etimad Başkeçid

necə ki, insan ətiylə qidalanır ümidlər,
gorükməz od misalı can evində.
necə ki, birər səni tərk etdilər
adsız bir köşədə,
meyxana dibində.

necə ki, ayagı çidarlı atın
astarında özgə bir at cıdırır.
necə ki, tamu tarlasıdır həyatın-
hər nə əksən təkrar zəqqum bitirir.

elə də yazdıqların, pozduqların.
bir ümid,
bir dost kimi,
qardaş kimi,
astar üzündəki sən, tamu tarlası təkin,
yazıb pozduqların, pozub yazdıqların.

necə ki, çarmıxa çəkdilər İsanı
sırtına yükləndiyi xaçın üstə,
bir-bir hamını hesaba çəkəcəklər
yazdıqlarının, pozduqlarının üstə.

necə ki, insan ətiylə qidalanır ümidlər,
görükməz od misalı can evində,
necə ki, birər səni tərk etdilər
adsız bir köşədə,
meyxana dibində…

Комментариев нет:

Отправить комментарий