10.05.2011

Rövnəq Abdullayevlə Kəmaləddin Heydərovun müharibəsi nə üstədir?

Bu müharibəni doğuran səbəblərlə tanış olun
Oliqarxlar hansı meyarlara görə dostluq və düşmənçilik edirlər?
Iki gün əvvəl parlamentdə deputat Qüdrət Həsənquliyev ARDNŞ prezidenti Rövnəq Abdullayevi sərt tənqid etdi. Onun çıxışı hamının yadında belə qaldı ki, R.Abdullayev hansısa şirkətin sürücülüyündən neft şirkətinə prezident gətirilmiş adamdır. Bu münaqişənin mahiyyəti barədə bütün siyasi ekspertlər vahid qərar verdilər: bu, Kəmaləddin Heydərovla Rövnəq Abdullayevin arasındakı münaqişənin təzahürüdür.
Bəs, bu iki oliqarx nəyə görə müharibə aparır? Onların ziddiyyətlərini dərinləşdirən hansısa ümummilli mənafe detallarına fərqli baxışlardırmı? Təəssüf ki, yox və ölkə ictimaiyyəti bu iki oliqarxın, sadəcə, qazanc uğrunda müharibəsini seyr edir.
Rövnəq Abdullayevlə Heydərov arasında konfliktin bir səbəbi çoxlarına aydındır. ARDNŞ yeni tikilən çoxmərtəbəli binalara qaz çəkilməsini istəyir, Heydərov isə Fövqəladə Hallar naziri olaraq öz səlahiyyətlərini işə salaraq həmin binaları qəbul etmir. Burada dolayısı ilə ictimai motiv var.
Müharibənin ikinci səbəbi ARDNŞ-nin tikdirdiyi diaqnostika mərkəzləri ilə bağlıdır. Kəmaləddin Heydərov bu mərkəzlərə baş həkim olaraq öz kadrlarını yerləşdirmək istəyib, amma Rövnəq Abdullayev onun bir-iki kadrla bağlı xahişini qəbul edib, amma sonrakı xahişlərini “seyfə” tullayıb.
Müharibənin üçüncü səbəbi: Rövnəq Abdullayev Neft Şirkətinə prezident təyin olunandan və yerini əhəmiyyətli şəkildə bərkidəndən sonra Kəmaləddin Heydərovun firmalarını yanacaq daşınması layihələrindən tamamilə kənarlaşdırıb.
Müharibənin dördüncü səbəbi (törəmə səbəb): Kəmaləddin Heydərov Ilham Əliyevi inandırmağa cəhd edib və qismən buna nail ola bilib ki, Neft Şirkətinin Mühafizə Idarəsinin rəisi vəzifəsinə sabiq Milli Təhlükəsizlik naziri Namiq Abbasovun ən yaxın adamını təyin edib.
Bu oliqarxlar arasında qızışan müharibənin təqdim edilən hər bir detalı on milyonlarla manat gəlir deməkdir və tərəfləri hövsələdən çıxaran da budur (Müharibə zəruri gerçəkliyə çevriləndən sonra onun başqa, hələlik bizə və ictimaiyyətə bəlli olmayan detalları da meydana çıxa bilər).

Комментариев нет:

Отправить комментарий