16.05.2011

Sabirabad bazarında tətil


image
Alverçilər bazar rəhbərliyinin qanunsuz qiymət artımı planlarına etiraz olaraq işə çıxmayıblar
Bu gün səhər saatlarından Sabirabad rayon mərkəzi bazarında (“Kənan-S” Özəl firması) ticarətlə məşğul olan 200-ə qədər şəxs tətil elan ediblər. Alverçilərin verdiyi məlumata görə, onlar bu addımı bazar rəhbərliyinin süni qiymət artımın qarşısının alınması məqsədilə atıb.
Bazar rəhbərliyi piştaxtalarda alverlə məşğul olan ticarətçilərdən yığılacaq rüsumların qanunsuz olaraq 100 % artımla ödənilməsi barədə şifahi bildirişlər veriblər. Əvvəllər hər bir piştaxta üçün 30-40 manat ödəyən vətəndaşlar indi 60-80 manat ödəməli olduqları barədə xəbərdarlıq aldıqdan sonra bu gün işə çıxmayıblar.
Ticarətçilərin sözlərinə görə, əslində onsuz da onlardan rüsum artıq alınır. “Bizə (“Kənan-S” Özəl firması tərəfindən verilən qəbzlərdə gündəlik rüsum 30 qəpik göstərildiyi halda 1 manat alırlar. Sakinlər qiymət artımının reallaşacağı halda Sabirabad Rayon İcra Hakimiyyəti qarşısında piket keçirməyi planlaşdırırlar@.
Bu saatlarda ticarətçilərlə bazar rəhbərliyi arasında etirazlar ifadə olunan dialoq yaşanır. Əraziyə 2 maşın polis cəlb olunub. Hazırda bazar rəhbəri rayon icra hakimiyyətinə çağırılıb.
Qeyd edək ki, piştaxtalar dəfələrlə ticarətçilərə satılsa da, obyektin onlara məxsus olması, ödənişlərlə bağlı notariat qaydada heç bir müqavilə də imzalanmayıb.
 
musavat.com 

Комментариев нет:

Отправить комментарий