07.05.2011

Şagirdi yatağa salan müəllimə qovuldu - FOTO


O, "macəra"sını etiraf edib
Böyük Britaniyada müəllimə ilə şagird arasında daha bir biabırçı "eşq macərası" ilə bağlı qalmaqal yaranıb. Milli.Az xəbər portalı "The Daily Mail"ə istinadən bildirir ki, Baks şəhərindəki "Princes Risborough School" məktəbinin müəlliməsi Erin La Port şagirdi ilə cinsi əlaqədə olduğu üçün işdən qovulub.

O, Vyetnamda istirahətdə olarkən iş yoldaşına deyib ki, 2007-ci ilin iyulunda dərs dediyi oğlanla "eşq macərası" yaşayıb.

"Onu yatağıma saldım və səhərə qədər yatmadıq", - Erin utanmadan "fəxr" də edib.

İstirahət başa çatandan sonra Erinin iş yoldaşı eşitdiyini məktəbin direktoruna deyib. Bundan sonra araşdırma başlanıb və məlum olub ki, deyilənlər həqiqətdir. Daha doğrusu, 2007-ci ildə 26 yaşlı Erin La Portun şagirdini cinsi əlaqəyə sövq etməsi təsdiqlənib.

Məktəbin direktoru Pit Rounun dediyinə görə, "baş verənlərə görə təəssüf və utanc hissləri keçirir".



Комментариев нет:

Отправить комментарий