"Əl-Qaidə" təşkilatını Üsamə bin Laden Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişi əsasında yaradıb və Sovet İmperiyasının Əfqanıstandan çıxdıqdan sonra, ABŞ-ın müsəlman ölkərə qarşı istifadə etdiyi alətə çevirib
FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obamanın Üsamə Ben Ladenin öldürülməsi ilə bağlı verdiyi xəbər, dünya ölkələrində böyük rezonans yaradıb. Bir nömrəli terrorçunun ölümü ilə bağlı məlumatlar, Kütləvi İnformasiya Vasitələrinin əsl bayram xəbərinə çevrilib. Hətta "Əl-Qadiə" terror təşkilatının liderinin ölüm xəbəri İngiltərə, Rusiya, İspaniya kimi ölkələr və NATO, Avropa Birliyi kimi qurumlar tərəfindən də böyük sevinclə qarşılanıb. Qeyd edək ki, Bin Laden 1957-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində, tikinti maqnatı Məhəmməd Bin Ladenin ailəsində doğulub. Kral Əbdül Əziz Universitetini tikinti mühəndisi ixtisası ilə bitirib. 1979-cu ildə Əfqanıstana - sovet qoşunlarına qarşı vuruşmağa yollanıb. 1989-cu ildə “Əl-Qaidə” təşkilatını yaradıb. "Əl-Qaidə" təşkilatını Üsamə bin Laden Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişi əsasında yaradıb və Sovet İmperiyasının Əfqanıstandan çıxdıqdan sonra, ABŞ-ın müsəlman ölkərə qarşı istifadə etdiyi alətə çevirib. Nəzərinizə çatdıraq ki, Kubanın əfsanəvi lideri Fidel Kastro da, "Əl-Qaidə" qruplaşmasının lideri Üsamə bin Ladenin əslində Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) agenti olduğunu və Amerikanın bu addan işğalçı siyasət yürütmək üçün istifadə etdiyini söyləyib. "Corc Buş hər dəfə insanaları qorxutmaq istəyəndə Üsamə bin Laden dərhal peyda olur. Bu insan Mərkəzi Kəşfiyyat İdarəsinin işçisidir və oradan ona maaş da verilir"-deyə fikirlər məhz Fidel Kastroya məxsusdur. "Üsamə bin Laden artıq “Əl-Qaida" terror təşkilatının əməliyyatlarına rəhbərlik etmir". Bu sözləri isə hələ 2010-cu il ABŞ Silahlı Qüvvələrinin Mərkəz Komandanlıq İdarəsinin rəhbəri general Devid Petraus ifadə edib. O, Üsamə bin Ladenin artıq əməliyyatlara rəhbərlik etmədiyini söyləmişdi. Göründüyü kimi ölüm xəbəri yayılan və öldürüldüyü iddia olunan bir nömrəli terrorçu kimi təqdim olunan bin Laden, əslində CİA agenti kimi fəaliyyətini çoxdan dayandırmış və Amerikanın terrorçu lideri funksiyasına ara vermişdi. Bu üzdən o, öldürülmüş olsa da, onun sağ qalması heç nəyi dəyişmirdi. |
Комментариев нет:
Отправить комментарий