14.05.2011

YALNIZ AZƏRBAYCANDA...



- Yalnız Azərbaycanda qatıq mahnılar adlı musiqi janrı var.
- Yalnız Azərbaycanda varatnikli köynək geyinənlərə İzzətin xalası oğlu deyirlər.
- Yalnız Azərbaycanda qız uşağı çox gülməz və oğlan ağır olar ifadəsi var.
- Yalnız Azərbaycanda pulu olan tələbə oxuyur.
- Yalnız Azərbaycanda qapı döyüləndə işıqları söndürürlər.
- Yalnız Azərbaycanda ata oğluna köpək uşağı deyir.
- Yalnız Azərbaycanda avtobusda bir az da mehribanlaşın ifadəsi məşhurdur.
- Yalnız Azərbaycanda dəliyə hər gün bayramdI və ya dəli qırmızını sevər ifadələri var.
- Yalnız Azərbaycanda bir instituta girən sevinir, bir də oranı bitirən.
- Yalnız Azərbaycanda mağazaların qapısına nisyə mal verilmir və ya alınan mallar geri qaytarılmır ifadələri yazılır, amma nisyə dəftəri dolu olur.
- Yalnız Azərbaycanda müəllimə bayramda gül dəstəsi vermək təhqirdi.
- Yalnız Azərbaycanda ölsəydin, halva yeyərdik ifadəsi mövcuddur.
- Yalnız Azərbaycanda hər oxuyana ulduz deyirlər.
- Yalnız Azərbaycanda siqaret çəkirsən? - sualına həri cavabı verərlərsə, "bəs xəcalət çəkmirsən" - sual ilə yenidən müraciət olunur.
- Yalnız Azərbaycanda "içirsən" - deyə soruşulanda, "o nə sözdü, kişi deyiləm?" - cavabı gəlir.
- Yalnız Azərbaycanda avtobusla yol gedəndə adamın ürəyi mədəsinə düşür.
- Yalnız Azərbaycanda qızıl dişi olan ağzı acıq gəzir.
- Yalnız Azərbaycanda hər şeyin yaxşısı xarici vətandaşlar üçündür.
- Yalnız Azərbaycanda millət qazdan boğulmasın deyə, evlərə qaz zəif verilir, qışda isə ümumiyyətlə verilmir.
- Yalnız Azərbaycanda internet sırf əyləncə üçündür.
- Yalnız Azərbaycanda dəymədüşər sözü mövcuddur.
- Yalnız Azərbaycanda şirinlik pul hesab olunur.
- Yalnız Azərbaycanda avtobuslara "avtobusda itən əşyalara görə sürücü cavabdeh deyil salonda siqaret çəkmək olmaz" yazılır, amma sürücülər içərini tüstülədirlər.
- Yalnız Azərbaycanda qaqaşlar maşın üçün maqnitofon yox, maqnitofona görə maşın alırlar.
- Yalnız Azərbaycanda qızlara az, oğlanlara isə əə.. deyə müraciət olunur.
- Yalnız Azərbaycanda hər hansı bir hesabın doğma pul vahidi ilə aparılması çuşkalıq sayılır.
- Yalnız Azərbaycanda hər bil malın orijinalı ilə bərabər poddelkası da mövcuddur.
- Yalnız Azərbaycanda avtobusu istədiyin yerə sürdürmək və dayanacağından kənar yerlərdə saxlatdırmaq olar.
- Yalnız Azərbaycanda qızlardan "mən ev qızıyam" kəlməsini eşitmək olar.
- Yalnız Azərbaycanda maşını ikitəkər qaldıran sürücüyə avtoş deyilir .
- Yalnız Azərbaycanda maşının nömrəsini qaraltmaq dəbdədir.
- Yalnız Azərbaycanda danışarkən, yazışarkən, sms-ləşərkən şablon cümlələrdən və sözlərdən istifadə olunur.
- Yalnız Azərbaycanda hərbiçiyə qız verilmir.
- Yalnız Azərbaycanda əsgəri nəqliyyatlara buraxmırlar.
- Yalnız Azərbaycanda nəqliyyatlara gediş haqqı qiyməti vurulur.
- Yalnız Azərbaycanda qazladım sözünü tez-tez eşitmək olar.

Комментариев нет:

Отправить комментарий