Ölülərdən oğurlamaq, dirilərdən oğurlamaqdan daha qorxuludur...
"Qadın bəzən öz günahlarını etiraf edə bilər, amma mən öz zəif nöqtələrini etiraf edən qadın tanımıram” - Bernard Şou
Kitabın arxa üzündən: Qadınlar hiyləgər və qeyri-adidilər. Madeyrada olan, ekspert-analitik Dronqo buna əmin oldu. Elə alındı ki, onun qaldığı otelin sakinlərinin əksəriyyəti qadınlar idi. Özü də necə qadınlar! Onların hamısı feministkaların konfransına gəlmişdilər...Konfransın bağlanma gecəsi baronessa Hilberq öz nömrəsində vəfat etmişdi. Qoca qadının ölümü heç bir şübhə doğurmazdı, əgər: həmin gecə, baronessanın, məşhur usta tərəfindən hazırlanmış kuklası itməsəydi. Oyuncağın qiyməti beş milyon dollar idi... Adanın üzərində fırtına qopur, bütün aviareyslər təxirə salınır. Dronqo işi araşdırmağa çalışır, lakin gözəl qadınların əhatəsi onu işdən yayındırır.
Onun otağında gecə iki gözəl və sərbəst qadın peyda olanda, o , gec də olsa anlayır ki, bütün bu vaxtı onun üzərində iş aparırdılar....
Çingiz Abdullayev yaradıcıllığı: Adətən məni Dronqo çağırırlar, - o cavab verdi...Ç.Abdullayev yaradıcıllığı özünəməxsusdur. Belə olmasaydı dünyanın hər tərəfində onu tanımaz və oxumazdılar. Adi dedektivdən artıq bir şeydi elə deyilmi? Əsərlərini oxuyarkən sanki yerində oturub dünyanın ən müxtəlif ölkələrinə, turistik məkanlarına səyahət edir və müxtəlif intelektual məlumatlar əldə edirsən. Sandro Bottiçelli və onun “Veneranın dünyaya gəlməsi” əsəri, Kristian Beyllini adlı məşhur usta mənim üçün maraqlı məlumatlar oldu. Müxtəlki dünya markalarını vurğulanması, məntiqli mühakimələr, empatiyadan geniş istifadə Abdullayev yaradıcıllığının əsas göstəriciləridir.
Nəticə: Abdullayevdən çox oxumasam da oxuduqlarım mənə onun yaradıcıllığının necə olduğunu göstərib. Bəzi dedektivləri siyasi dedektiv janrında yazıldığına görə xoşlamıram amma bu əsərini bəyəndim. Maraqlı və sadə idi. Çətin dedektivləri sevmirəm. Mənim üçün vaxt itkisi olur. Bir şeyi də yenə də vurğulamaya bilmərəm. Kitabı nəşriyyatda elə hazırlayıblar ki, elə bil harasa tələsirdilər. Hər səhifədə hərf səhvi. Belə olmaz axı! Hərf səhvlərindən acığım gəlir. Əsəri isə bəyəndim. İmkanı olan Ç.Abdullayevin əsərlərini rus dilində oxusun. Tərcüməçilər “tərcümə” prosesini heç də keyfiyyətli etmirlər. Şübhəsiz dedektiv, xüsusi agentlər, təhlükəsizlik təşkilatlarının fəaliyyətləri və bənzəri mövzularla maraqlananlara düşünmədən Çingiz müəllmin əsərlərini məsləhət görürəm. Əsərin adı da çox əladı.
http://niftiyevibrahim.blogspot.com/

Комментариев нет:
Отправить комментарий