26.06.2012

VURULAN TÜRKİYƏ TƏYYARƏSİNİN DƏHŞƏTLİ FAKTLARI AÇIQLANDI

Suriya kəşfiyyatı dərin planın qarşısını necə alıb?


Plana əsasən Türkiyədən qalxan təyyarələr Laziqiyyədə yerləşən havadan müdafiə sistemini bombardıman etdikdən sonra geri dönməli, hadisənin də Suriya Hərbi Hava Qüvvələrindən Türkiyəyə qaçan bir neçə təyyarə tərəfindən törədildiyi bildirilməli idi


Suriya kəşfiyyatı bu ölkənin qaçırılan təyyarəsi və həmçinin vurulan Türkiyə qırıcısı barədə yeni faktları açıqlandı.
 “DamPress” agentliyinin Suriya kəşfiyyatından aldığı məlumatları diqqətinizə çatdırırıq: “İyun ayının 21-i Suriya xalqı bu ölkənin MİQ-21 tipli təyyarəsinin təlim uçuşu zamanı əlaqəsinin kəsilməsi barədə məlumatı eşitdikdə şoka düşmüşdü. Məlumatı Suriya Kütləvi İnformasiya Vasitələri yaydı. Xalq, pilot Həsən Məri əl-Həmadəninin təyyarəni qaçırdığını, yoxsa texniki nasazlıq ucbatından İordaniyada endirdiyi barədə tərəddüddə qalmışdı.
Nəhayət, Suriya Müdafiə Nazirliyi bəyanat yayaraq, təyyarənin qaçırılmasını təsdiqlədi və əl-Həmadinin ölkəyə xəyanət etdiyini bildirdi. Bu xəbər Suriya xalqını şoka salmaya bilməzdi. Bir gün sonra Facebookda daha bir məlumat yayıldı. O da Türkiyənin təyyarəsinin vurulması haqda olan məlumat idi. Suriya havadan müdafiə qüvvələri Laziqiyyə şəhəri ətrafında Türkiyənin 2 təyyarəsini hədəfə almışdılar. Onlardan biri süqut etsə də xəsarət alan digər təyyarə Türkiyəyə qaçmağa nail olmuşdu.
Məsələ burasındadır ki, qaçırılan Suriya təyyarəsi ilə vurulan Türkiyə təyyarəsi arasında nə kimi əlaqə mövcuddur?!
Suriya xüsusi təhlükəsizlik orqanlarının hazırladığı “Qarğa ovu” adlı əməliyyatı buna cavab verir:
Suriya kəşfiyyatı təyyarəni qaçıran əl-Həmadinin bir müddət öncə bir neçə xarici vətəndaşlarla görüşdüyünü müəyyənləşdirmişdi. Elə buna görə, onun və ailəsinin bütün əlaqələrini nəzarətə götürülür. Nəticədə Əl-Həmadinin görüşdüyü şəxslərin İordaniya təhlükəsizlik əməkdaşları olması sübuta yetirilir. Suriya kəşfiyyatı görüşlərin birində iordaniyalı xəfiyyələrin polkovnikə görəcəyi iş müqabilində özünün və ailəsinin Avropa ölkələrinin birində yaşamasına şərait yaradılacağı təklifini lentə alır.
Daha sonra iordaniyalı casusların üzərində kəşfiyyat-əməliyyat işlərini genişləndirən Suriya təhlükəsizlik orqanları, bu ölkə ilə bağlı müdhiş bir planın üstünü açmağa nail olur. Suriya kəşfiyyatı anlayır ki, qaçırılması nəzərdə tutulan təyyarənin bu planla ciddi bağlılığı var. Onlar əl-Həmadənin ailəsinin iki gün öncə, yəni iyun ayının 19-da İordaniyaya səfərini müşahidə etdikdə artıq buna heç bir şübhə qalmamışdı. Əl-Həmadənin ailəsi İordaniyada 5 ulduzlu otellərin birində məskunlaşdırılır. Suriya təhlükəsizlik orqanlarının Türkiyədə apardığı genişmiqyaslı kəşfiyyat səyləri nəticəsində bəlli olur ki, İsrail kəşfiyyatı, İordaniya kəşfiyyatı ilə birgə bu planı cızıblar. Onlar Suriya ordusu və hərbi hava qüvvələrindən kütləvi şəkildə qaçma hallarının artığı düşüncəsini yaymaq və bununla da Suriya silahlı qüvvələrində ruh düşkünlüyü və məğlubiyyət hissini oyatmaq üçün belə qurma bir ssenarini həyata keçirmək niyyətində idilər. Plana əsasən Türkiyədən qalxan təyyarələr Suriya təyyarələri adı ilə Laziqiyyədə yerləşən havadan müdafiə sistemini bombardman etdikdən sonra geri dönməli, bu hadisənin isə Suriya Hərbi Hava Qüvvələrindən Türkiyəyə qaçan bir neçə Suriya təyyarəsi tərəfindən törədildiyi bildirilməli idi. Bütün bunlar, həmçinin Suriya sərhədləri daxilində suriyalı, ərəb, əfqan və Afrikadan olan terrorçuların yerləşdirilməsi üşün nəzərdə tutulan yeni bir bunker zonanın yaranmasına ölçülmüşdü.
Suriya təyyarəsinin İordaniyaya qaçırılmasının səbəbi isə onun kodlarını kopyalaşdıraraq Türkiyə təyyarələrində yerləşdirmək olub. Belə ki, Suriya təyyarəsi İordaniya endikdən sonra İsrail kəşfiyyatı dərhal onun kod sistemini götürərək əvvəlcə İsrailə, surətini çıxardıqdan sonra isə Türkiyəyə aparır. İncirlik hava bazasında Suriya təyyarələrinin koduna bənzər iki sistem Türkiyənin 2 təyyarəsinə yerləşdirilir. Hazırlanan plana əsasən bu təyyarələr Suriya fəzasında göründükdə onların bu ölkəyə məxsus olduğu güman edilməli imiş. Elə buna görə də təyyarələr Laziqiyyədəki havadan müdafiə sistemini bombardman etdikdən sonra Suriyadan qaçan qırıcılar adı ilə Türkiyəyə geri dönməli imiş. Bu arada Dəməşq, Hələb və İdlib şəhərlərində əməliyyata hazır olan terrorçular geniş surətdə partlayışlar və terror aktları törətməli imiş.
Amma Suriya kəşfiyyatının ayıq-sayıqlığı bütün bu planları alt-üst edib. Hər şeydən əvvəlcədən xəbərdar olan Suriya tərəfi İordaniyaya aparılan təyyarənin qaçırılmasına icazə verməklə, qarşı tərəfin arxayınlıqla işlərini davam etdirməyə imkan yaradır. Daxildə və xaricdə olan və bu planı həyata keçirmək istəyən terrorçuları müəyyən etdikdən sonra son anda Suriyanın hava sərhədini pozan Türkiyə təyyarələri vurulur. Bu isə qarşı tərəfi əməlli başlı şoka salır. Çünki onlar radarlarda Suriya təyyarəsi kimi görünən Türkiyə qırıcılarının vurulmasını əsla gözləmirdilər. Həmin gün Suriya Müdafiə Nazirliyi havadan müdafiə qüvvələrinə bu ölkəyə məxsus hər hansı bir təyyarənin uçmaması barədə tapşırıq verir. Elə bu səbəbdən Türkiyə qırıcıları Suriya təyyarələrinə məxsus kod-sistemi ilə Suriya sərhədini pozarkən onların kimə məxsus olması artıq bəlli idi. Məhz buna görə də Suriya havadan müdafiə qüvvələri atəş açaraq təyyarənin hər ikisini vurur. Biri düşsə də digəri Türkiyəyə qayıtmağa nail olur.

Комментариев нет:

Отправить комментарий