28.06.2012

Qərbi Azərbaycanlılar Bakıdan çıxarılsın, ya çıxarılmasın?

“Urbanizasiyası səbəbi ilə Bakı şəhəri həddə artıq yüklənib. Paytaxtda nəqliyyatından hərəkət çətinləşib, ölkə əhalisi əsasən burda cəmləşib. Ya paytaxt dəyişdirilməli, ya da miqrasiya dayandırılmalıdır”."Vətəninfo.az"ın məlumatına görə,bu təkliflə Hüquqi və Demorkatuik İslahatlar Mərkəzinin sədri İlham Əliyev çıxış edib. HDİM sədri hesab edir ki, əsasən Bakıda daha çox məskunlaşmış Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımız kənara köçürülməlidir: “1988-ci ildə Ermənistandan köçkün düşmüş soydaşlarımız müxtəlif rayonlara səpələniblər. Mənim fikrimcə, zaman keçdikcə bu, onlar arasında qohumluq əlaqələrinin itməsinə səbəb olacaq. Ona görə də, qərbi azərbaycanlılar hardakı məskunlaşdırlıblar, ordan bir bölgəyəy köçürülməlidir. Belə bir ərazi Xızı rayonu və ya Samux ola bilər. Orada qərbi azərbaycanlılar üçün yeni rayon yaradıla və şəhər salına bilər. Bu halda həm qərbi azərbaycanlılar arasında qohumluq bağları itməz, həm də Bakı şəhəri əhali baxımından xeyli yüngülləşər”.

AZXEBER.COM-un məlumatına görə, bu sözlərə ilk kəskin reaksiya  “Türkiyə Universitetləri Məzunları” İctimai Birlyinin sədri Çingiz Bayramovdan gəlib: "Mən çox təssüflənirəm ki, Vətənimizdə milli şüurdan uzaq QHT - sədrləri var. Milli məsələlərlə şov etmək olmaz və uca millətimizin qüruru ilə oynamaq kimsənin haqqı deyil.
Uca Türk Milləti istər Azərbaycanda yaşasın istər Anadoluda, istərsə də başqa-başqa dövlətlərdə bu millət tarixi qəhramanlıqlarla dolu olan nəcib bir irqin övladlarıdır. Azərbaycan Respublikasında yaşayan bütün insanlar Azərbaycanlı-Türkdürlər və tarixən qız alıb qız verib qohumlaşıb qaynayıb qarışıblar. Tarixi Türk torpaqları olan indiki Ermənistan ərazisindən didərgin düşmüş soydaşlarımız elə Azərbaycanımızın qərbində yaşayırdılar yəni o torpaqlarda Azərbaycanımızın bir hissəsi idi bunu üçün çox böyük savada ehtiyac yoxdur. 100 il əvvəl olan xəritələrə nəzər yetirmək kifayətdir. Azərbaycanımızın qərbində yaşayan əhalimiz Azərbaycan Resublikasında yaşayan əhali ilə zatən yaxın qohumdur. Sadəcə bir bölgənin adını çəkirəm mənim doğulub boya-başa çatdığım Tovuz bölgəsində elə bir ailə yoxdur ki, onların bir əmi oğlusu Qərbi Azərbaycanda (indiki Ermənistan) yaşamasın. Bu cür üzdəniraq ünsürlərin həddi deyil ki, belə açıqlamalar vesinlər mənim bu mexluqa tövsiyyəm getsin qrant almağı ilə məşğul olsun. Uca Millətimizin harda yaşaması sənin işin deyil.

Комментариев нет:

Отправить комментарий