26.06.2012

Moskvada Hilal Məmmədovun həbsinə etiraz olaraq mitinq keçiriləcək

Moskvada Hilal Məmmədovun həbsinə etiraz olaraq mitinq keçiriləcək
“Talışı Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun Bakıda həbs olunması Rusiyadakı Talış diasporunun etirazına səbəb olub. Təşkilat iyun ayının 27-də Moskva Jurnalistlər evinin kiçik zalında bu məsələ ilə bağlı mətbuat konfransı keçirəcək.
Yenises.ru-nun talısh.org saytına istinadən verdiyi məlumata görə mətbuat konfransında Talış diasporunun rəhbəri İsmayıl Şabanov, Rusiya Strateji inkişafın modelləşdirilməsi mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk, Moskva Əhləl-Beyt müsəlman cəmiyyətinin sədri Musa Qurbanov, Moskva vəkillər palatasının üzvü Mərdan Quliyev iştirak edəcəklər.
Iki gün sonra 29 iyunda isə Hilal Məmmədovun hüququnu müdafiə təşəbbüs qrupu
Moskvada Avropa Şurasının ofisi qarşısında mitinq keçirməyi planlaşdırılır.

Комментариев нет:

Отправить комментарий