"Tı kto takoy, davay, do svidaniya" qafiyəsi ilə meyxana oxuyan masallılı Rüstəmov qardaşlarının şöhrəti artıq Azərbaycan və Rusiya hüqudlarını aşaraq Ukraynaya da çatıb.
“Qafqazinfo”nun musavat.com-a istinadən verdiyi məlumata görə, bu günlərdə onları - Ehtiram və İntiqamı Ukraynanın paytaxtı Kiyevə, futbol üzrə Avropa çempionatının bağlanış mərasimində çıxış etməyə çağırıblar. Onlar Kiyevdə "Tı kto takoy, davay, do svidaniya" qafiyəsi ilə yeni bəndlər ifa edəcəklər.
Qeyd edək ki, bu günə qədər internet resurslarında adı çəkilən meyxananı 3, 7 milyondan artıq ziyarətçi izləyib.
Rusiya müxalifətinin aktivistlər meyxananın replikasında prezident Putinə qarşı təbliğatda istifadə ediblər. Habelə Rusiya şou-biznesini tanınmış ulduzları Filip Kirkorov və Timati bu qafiyə ilə oxunan repin üstündə məhkəməlik olublar. Rusiyada artıq üstünə "Davay, do svidaniya" yazılmış köynəklər istehsal olunur.
Комментариев нет:
Отправить комментарий