28.06.2012

Yaz nağılı

martı adalar nostalji manzara resimleriŞahinə Könül


Gəlsənə, sənə danışam
Bir qaragöz qız nağılı.
Gözlərindən axıb getsin
Bir şıdırğı yaz nağılı.


Söyləyim, öyrən qədərin,
Şahididir gör nələrin-
Qara-qara gecələrin
Dümağ, bəmbəyaz nağılı.


Köksü üstdə buludu var,
Köksü altda umudu var.
Birdən ölər, unudular,
Götür, qardaş, yaz nağılı...

Комментариев нет:

Отправить комментарий