Xəyalə Sevil
Nə güclüyəm ilahi,
Gücüm özümə çatır.
Toy tutmuşam özümə,
Ürək qırmızı çadır.
Ayağım ona yollandı,
Getdi uzun yol gətirdi.
Ürəyimi qaytar dedim,
Onu da ki dul gətirdi.
O mənim qəlbimdə yara,
Adımdakı ayıbdımı?
Küləkmi döyür qapımı,
Yoxsa ki o qayıtdımı?!
Təskinlik
Bütün sevincimi yığıb gedirsən,
Çırpılır şıllə tək üzümə qapın.
Ağlayım, dalınca su atım bəlkə,
Bəlkə, dönüşünə bir ümid tapım.
Qaldım kərpic- kərpic oyulan eşqin,
Arzunun ,istəyin uçqunu altda.
Deyirsən könlümü basdırımmı mən
Bu boyda ağrınin ,bu qumun altda.
Yolunu gözlədim ,yolun uzandı,
Qara kağız kimi gəldi ürəyin.
Sənin məhəbbətin nə yol azandı,
Ah! məni nə təhər bildi ürəyin?
Çətin gözlərimdən bulud çəkilə,
Çətin gözlərimdə mən günlük tapım.
Barı torpağından üstümə çilə,
Barı bircə qırıq təskinlik tapım.
Nə güclüyəm ilahi,
Gücüm özümə çatır.
Toy tutmuşam özümə,
Ürək qırmızı çadır.
Ayağım ona yollandı,
Getdi uzun yol gətirdi.
Ürəyimi qaytar dedim,
Onu da ki dul gətirdi.
O mənim qəlbimdə yara,
Adımdakı ayıbdımı?
Küləkmi döyür qapımı,
Yoxsa ki o qayıtdımı?!
Təskinlik
Bütün sevincimi yığıb gedirsən,
Çırpılır şıllə tək üzümə qapın.
Ağlayım, dalınca su atım bəlkə,
Bəlkə, dönüşünə bir ümid tapım.
Qaldım kərpic- kərpic oyulan eşqin,
Arzunun ,istəyin uçqunu altda.
Deyirsən könlümü basdırımmı mən
Bu boyda ağrınin ,bu qumun altda.
Yolunu gözlədim ,yolun uzandı,
Qara kağız kimi gəldi ürəyin.
Sənin məhəbbətin nə yol azandı,
Ah! məni nə təhər bildi ürəyin?
Çətin gözlərimdən bulud çəkilə,
Çətin gözlərimdə mən günlük tapım.
Barı torpağından üstümə çilə,
Barı bircə qırıq təskinlik tapım.
Комментариев нет:
Отправить комментарий