28.06.2012

Mahnısız və tablosuz


Kiyan Xiyav


 səni bir mahnıda gördüm,  yanılmasam
 səni bir rəsim tablosunda eşitdim .
 bir fərman kimi deşirdin qulağımı
 gözümdə qatillər kimi yürüyərkən .
 ölümdən başqa bir nəsnən yuxı
 və mənim gördüyüm sevda dünyası
 sənin qaranlıq əllərində sönürdü  .   .  .  .
 indi hər mahnıya bir ah çəkərəm
 və hər bir tablo önündə,
 həsrətli bir boyun büküşüm var.
 keşkə ilkinindən ağlım olsaydı
 mahnıız və tablosuz yaşasaydım!

 yoxsa vənsan vənqok kimi
 dinləyəydim tabloları !
 yoxsa viktor xara kimi
 görsəydim mahnıları !  .  .  .


qabarcıq


 dum-duru bir göz yaşıın içində ,
 aydın bir qabarcıqdır eşq ;
 türkcəqədər musiqi dolu ,  saf ,  təmiz ,
 və şairlərin sözündə ,
 simgəyə dönmüş bir mərcan
 bir tomurcuq .
 göz yaşlarım gündəproblemim
 və eşq oynaq bir mahnı gözlərimdə .
 sonra duyğu
 sonra düşüncə və anlam
 sonra şeir .
 və şeir,
 dum - duru bir göz yaşıın başlanğıcı .
 və sən ,  duya bilərsnsə türkcə
 seçə bilərsənsə sularda mərcanı ,
 lap istədiyin qədər sevgilimsən!

Комментариев нет:

Отправить комментарий