İxtiyar İsmayılov. Gənclik xatirələrim
Yüz gözəl
içində gözəl bildiyim,
Xəyalımda qalan
bircə dənəsən!
Dünya gözəlisən, budur dediyim,
Məni dərdə
salan bircə dənəsən!
Tanrı vermiş sənə hər bir nemətin,
Var incə
gülüşün , şirin söhbətin,
Gözəldir yerişin, qəddi - qamətin,
Can verib can alan bircə dənəsən!
Ürəkdən gülməyin ayrı aləmdir,
Sağlamlığa, ruha gözəl
məlhəmdir,
Həmişə dediyim əsas kəlməmdir!
Dərdə dərman olan bircə dənəsən!
Dərdimin dərmanı olub qalaydı,
Belə məni haldan - hala salaydı,
Bir naz
ilə gülən bircə dənəsən!
Tikanlı gızıl gül , həm də laləsən,
Gözəl xasiyyətdir, dedim biləsən!
Sözümdən gah küsüb, gah da güləsən,
Barışmağı bilən bircə dənəsən!
Комментариев нет:
Отправить комментарий