Laçın Məmişov
Ey çərxi fələk bir belə dövranına bir qoz
Şeytan oturan çərxi dəyirmanına bir qoz
Baba Pünhan
Ey çərxi fələk bir belə meydanına bir qoz
Meydan qoruyan yırtıcı heyvanına bir qoz
Bir söz deyə bilmirsə əgər alimi ürfan
Sözsüz, dili lal alimi ürfanına bir qoz
Dərdin diləməyçin elə formalnısa ünvan
Formalnı dəva eyləsə, loğmanına bir qoz
Mindirməyə müşkül iş imiş qüvvəyə fərman
Qüvvə minəcəksə, elə fərmanına bir qoz
Bir kaşa varit eylədi məlhəm, guya bom-boz ?
Boz rəngli dəvə dəlləyi, dərmanına bir qoz
Bəy heyvagülü rəqs elədi, müəllimi dinqoz
Dinqozdan olan sevgili cananına bir qoz
Verdiksə şəhid yüz igidi "sülh" rejimində
Bir kəlmə, rejim getdiyi minvalına bir qoz
Yazmış qoza bir namə Baba bir qədər öncə
Səndən də Laçın qozbelin oğlanına bir qoz
Şamaxı şəhərinin Bakı əyaləti 30 iyun 2012-ci il
Комментариев нет:
Отправить комментарий