28.06.2012

“Davay, do svidaniya” deyənlər Rusiyaya gediblər

“Tı kto takoy? Davay, do svidaniya” meyxanası ilə populyarlıq qazanan İntiqam və Ehtiram qardaşları Rusiyaya yollanıblar


İntiqam Rüstəmovun Gün.Az-a verdiyi açıqlamasına əsasən, onlar bu gün axşam ORT telekanalında İvan Urqantın aparıcılıq etdiyi “Veçer s Urqantom” verilişinin qonağı olacaqlar.
Verilişdə həmçinin dünya şöhrətli futbolçu Zinəddin Zidan da olacaq.
Səfərin bütün xərclərini ORT kanalı öz üzərinə götürüb.

İ.Rüstəmov özləri haqda gəzən bəzi xoşagəlməz hallardan danışıb.
“Rusiyanın bəzi jurnal və qəzetlərində, həmçinin yerli mətbuatda haqqımızda xoşa gəlməyən, yalan xəbərlər yazılır. Guya mən də qardaşım narkotik vasitələrdən istifadə etdiyimizə görə həbs olunmuşuq.
Bəzi xəbərlərdə isə daha irəli gedib, bizim ölüm xəbərimizi yazıblar. Hətta Rusiyanın “Arqumentı i faktı” qəzetindən mənə zəng edib, yayılan xəbərlə bağlı danışdılar, münasibət də öyrəndilər. Bunlar hamısı böhtandan başqa bir şey deyil”.
Meyxanaçı Rusiya səfəri haqqında danışaraq, əlavə edib ki, İvan Urqantın görüşünə əliboş getməyəcəklər.
“Mən verilişə hədiyyə olaraq, tar və kamançamızı, həmçinin Azərbaycanın bayrağını aparacağam”.


Aytən Həsənova                 gün.az

Комментариев нет:

Отправить комментарий