Laçın Məmişov
Ah eylədiyim bağdakı "fontanım" üçündür
Qan ağladıram, çünki qırıq zatım üçündür
Kontorda qovub yad yamanı rədd elədim, çün
Məmur "ştatı" yalnız əbəcdadım üçündür
Qanunları boşluqları içrə elə mindim
Qanun qayıran "çuçela" bostanım üçündür
Hər kəs ki, Vətən mülkü desə mavi-efirdən
Yol vermərəm əsla gədə "oğlanım" üçündür
Meydən nuş edib, sübhə qədər yatmamışam dün
Ofsaydadı Sərvər, para Gülnazım üçündür
Neftə susayan ac toyuğa darı görünsün
Neftdən nə gəlir bankdakı hesabım üçündür
Nuş etməlisən duzlu şoru, ət nə gərəkdir ?
Qəssabdakı ət bağdakı toplanım üçündür
Bir xəstə uşaq bəsləyirəm, neydi günahım ?
Xəlqi talan etdim dəva dərmanım üçündür
Çoxdurmu günahım ?- deyə sordum əyyamımdan
Məsum bir uşaqsan dedilər canım üçündür
Arsızlıara dövlət talan etməksə şücaət
El dərdini çəkmək elə Şirvanım üçündür
Yazmışdı Füzuliyə nəzirə ulu Sabir
Səndən də Laçın Azərbaycanım üçündür
***
Öylə bir insafsızam bilməm dini iman nədir
Mən kiməm, dövran bu cür, insaf nədir, iman nədir
Ver pulun, haqqın tələb eylə nə olsa ittiham
Haqqı verdin, haqlısan, qanun nədir, fərman nədir ?
Çoxların evsiz qoyub mən salmışam boz çöllərə
Öylə od vurdum ona,tüstü nədir, duman nədir
İstəyirsə qoy bütün el eyləsin qarğış mənə
İblisin ustadıyam, lənətləsin, şeytan nədir
Harda gördüm bir qədər kimlər qazandı etibar
Etibarın puç edib, sındırmışam, güman nədir
Əndamın açsın zənən-qız, eyləyim məşhur onu
Alim olsun qoy zəlil, arif nədir, ürfan nədir
Eyhami-Şirvanı ox tək sanc Laçın qanmazlara
Vartana Vartan gərək, əhli-Bakı, Şirvan nədir
Şamaxı şəhərinin Bakı əyaləti 26 iyun 2012-ci il

Комментариев нет:
Отправить комментарий