FaktXeber.com-un verdiyi məlumata görə, Türkiyənin "A Xəbər" telekanalında canlı yayıma qoşulan Suriya informasiya naziri Omran Əl Zubi maraqlı açıqlamalar verib. Nazir bildirib ki, bizim bölgədə İsrail rejimi kimi sionist ölkə var. Türk hərbi təyyarələriylə İsrail hərbi təyyarələri bir-birinə bənzəyir. İsrail təyyarəsi Suriyaya daxil olsa odla qarşılaşar. Türkiyənin təyyarəsini İsrail təyyarəsi ola bilsin ki, səhv salıblar. Biz türk təyyarəsini vurmaq istəməzdik.
İKİ PİLOTLA ƏLAQƏDAR HEÇ BİR MƏLUMATIMIZ YOXDUR
Nazir həmçinin qeyd edib ki, hələ ki, iki pilotla əlaqədar olaraq heç bir məlumatımız yoxdur. Suriya hücum etməyib. Türkiyə və Suriya əlaqələrinin daha da inkişaf etməsini arzulayıram. Türkiyə təyyarəsi Suriyanın sərhədlərini pozub. Məchul hədəf olaraq vurulub. Türkiyənin hərbi təyyarəsi olduğu üçün vurulmayıb. Suriya qətiyyən heç bir türk təyyarəsini vurmaq istəməz. Türkiyə xalqı bizim qardaşlarımız və dostlarımızdır. Bu məsələni bu cür başa düşməlisiniz. Bu bölgədə bizim istədiyimiz sülh və əmin-amanlıqdır.

Комментариев нет:
Отправить комментарий