Vasif Əlihüseyn
vasif_c85@mail.ru
Sizi
inandırım ki, interneti ələk-vələk eləmişəm işlə bağlı. Gənc yazar olmağıma
baxmayaraq, çörəyimi bu sahədən yox,
restoran sahəsindən qazanıram. Yəni, hal-hazırda restoranda çalışıram. Amma bu işdə də irəliləyiş olmadığından
turizim sahəsində daha irəli getməyə çalışıram.
Amma
bizim sahibkarların da işi dəhşətdi. Adamın qabağında o qədər şərt qoyurlar ki,
adam bilmir nə desin. İşə götürdükləri adamın ən azından 1 və ya 3 il iş
təcrübəsi olmalıdı. Belə bir sual yaranır ki, -Bəs bu
yeni kadrlar hara getməlidi?
Amma bəzi sahibkarların iş elanları ilə,
əməlləri heç də düz gəlmir. Bu yaxınlarda “Nurgün” şirkəti məni iş üçün öz
ofisinə dəvət etdi. Bu istidə mən yazıq “Ulduz” metrosundan çıxıb “Çinar”
soyuducu zavotu ilə üzbəüz ofisə getdim.
Adama elə
bu ağır gəlir də, ay sahibkar qardaş, sənə özz iş anketimi internet vasitəsi
ilə yollamışam da, vakant yerin olan da çağırarsan. Bəs niyə məni bu istidə
yola vurursan?
Elə keçən
həftə yenə “Atəşgah Siğorta”-dan zəng vurdular ki, gəl biz də siğorta
məsləhətçisi kimi çalış. İnternetdə yerləşdirdikləri elan da 300-400 əmək haqqı
yazıblar. İşlə əyani tanış olduqdan sonra
aydın oldu ki, bu heç də belə deyil. Mən sadəcə faizlə işləməliyəm. Özüdə ki,
15 faiz.
Bilmirəm
bunların boş-boşuna adamı yola vurmaqla məqsədi nədi?
Elə qoy
cavabını da özüm verim.
Bunlar
sadəcə elan vasitəsi ilə işsizləri ofisə dəvət edib başlarını doldururlar.
Sonra da, sən də olursan onların əsiri. Yəni, onlar qazanır, sən işləyirsən.
Mövzunu çox da uzatmaq niyyətində deyiləm. Qısa və konkret olaraq demək
istədikərim bunlar idi.
Комментариев нет:
Отправить комментарий