27.06.2012

And olsun

Sayman Aruz


And olsun beynimdə donan şeylərə
And olsun yarımçıq doğan geylərə


Boğazda inləyən son bağırtıya
Səni arzu edən o çağırtıya.


And olsun yatağa, mənə, bu lala
Yuxuda səninlə...
                            O ehtimala!


Getdiyin yolları bağlayacağdım
Qururum qoymadı, ağlayacağdım!


Telfonun bu tayı, bir mən, bir leşim...
Telfonun o tayı, bir sən, bir kişi...


“Yox”-deyə, “yox”-deyə bağırmaqların
Başqa barmaq ilə, o barmaqların!

And olsun qapıya sən keçən zaman
Çıxıb getməyinə darıxdım yaman!


Darıxdım küçəyə, darıxdım heçə
Darıxdım bir dəfə qapımdan keçə!


Darıxdım, darıxdım, yenə darıxdım
Özümə darıxdım, sənə darıxdım!


Darxdım, yəni ki, geri dön, ya da...
Bir nəfər darıxıb sənə Bakıda!


Şişəyə çırpınan yağışa, yelə
Özüm eşitmirəm özümü belə!


Gedibsən, yəni ki, unudulmuşam
Gedibsən, yəni ki, bulud olmuşam!

Комментариев нет:

Отправить комментарий