Vətən
Qərib Aşkari
Vətən-
Mənim var ağacım,
namus, qeyrət-ar ağacım,
Vətən - mənim bar ağacım...
Alma, heyva,
nar ağacım.
Zəncəfilim, istiotum,
duzum, acım...
Vətən mənim anam, bacım,
Odum, külüm, təknəm-sacım...
Əl ağacım!
Gor ağacım!
Vətən mənim Hələbdəki dar ağacım...
Quba
Комментариев нет:
Отправить комментарий