28.06.2012

Rüşvət almadığı üçün Universitetdən qovuldu

Həsən Bəy Zərdabinin nəvəsi Rəbiyyə Zərdabi: Artıq rüşvətxor bir universitetin müəllimi deyiləm


Niyə İlyas Əfəndiyevin rüşvətxor oğlu Teymurcin Əfəndiyev kimi alimliyi pulla satmadınız?


Azərbaycan milli mətbuatının banisi, maarifçi ziyalı Həsən Bəy Zərdabinin nəvəsi, uzun illər Mədəniyyət və İncəsənət Universitetində başkimi çalışmış Rəbiyyə Zərdabi bu universitetdən uzaqlaşdırılıb. Bu barədə məlumat daxil olan kimi R.Zərdabiyə yaxın şəxslər və onun özü ilə əlaqə saxladıq.
Təəssüf ki, xəbərin doğru olduğunu öyrəndik və R.Zərdabi işdən çıxarılması ilə bağlı bunları bildirdi:

“Dövlət rəhbəri İlham Əliyevə müraciət etmişəm. 29 il calışdığım Mədəniyyət və İncəsənət Universitetindən rüşvət alıb onları yedirdə bilmədiyim ücün və xarici ölkədə yaşayan tələbəyə imtahanda iştirak etmədiyi halda qiymət yazmaqdan imtina etdiyim ücün işdən ayrılmaqğım məsləhət görüldü. Artıq rüşvətxor bir universitetin müəllimi deyiləm.
Bu gün Həsən Bəy Zərdabinin doğum günündə işdən ayrılmağım haqda əmri aldım. Mən hərdən ailəmin bu dövlətin qarşısındakı xidmətlərinə görə onlara hirslənirəm. Niyə siz də hamı kimi yaşamadınız? İlyas Əfəndiyevin rüşvətxor oğlu Teymurcin Əfəndiyev kimi alimliyi pulla satmadınız?
Kafedra müdirim, guya professor İlqar Hüseynov kimi dərs saatını pulla müəllimlərə vermədiniz? Zəmanə onların zəmanəsidir, quldurların və haram yeyənlərin”.
Qeyd edək ki, R.Zərdabinin babası Həsən Bəy Zərdabi 1837-ci il iyunun 28-də anadan olub.


gunxeber.com

Комментариев нет:

Отправить комментарий