Şərqin Əhmədov
Dil-mədəniyyətdir. Dili məhv etmək-mədəniyyəti məhv etməkdir. Mədənniyəti məhv etmək isə Bəşəri Cinayətdir!
Son vaxtlar bizim mətbuata baxıram və heç anlamadığım əcayib simvollara rast gəlirəm. Onlardan bə`ziləri də beliəyri mötərizlələrdir ki, cümlələrin sonunda bu mötərizələri yan-yana düzürlər. Alınma sözlərlə bir yana çıxmadıq, bunlar hardan əmələ gəldi ki? Çox axtardım, çox fikirləşdim və nəhayət ki, bu işarələrin “mə`nasın”ı tapa bildim. Sən demə sosial şəbəkələrdə yazılı ünsiyyət zamanı fikirlərin daha dəqiq deyilməsi, misal üçün, yazdığı cümlənin zarafat və ya narahatlıq bildirdiyini ifadə etmək üçün bu simvollardan istifadə edirlər.
Bunu anladıq. Çünki, sosial şəbəkələrdə (Facebook, Tvitter və digərlərində) onlarla, yüzlərlə tanımadığın insanlarla söhbət edirsən. Burda belə simvollar lazımlıdır da. Yazışdığın adam bilməlidir ki, sən bu cümləylə zarafat etmisənmi yoxsa narahatçılıq bildirmisənmi. Amma, mənə qəribə gələn budur ki, sosial şəbəkələrdə olan bu simvollar internet saytlarındakı bə`zi məqalələrə, köşələrə, hətta ədəbi yaradıcılıq nümunələrinə necə yol tapır. Nəyə gərək olduğunu anlamaq olmur. Sən öz yazında yumor və ya kədər ifadə etmək istəyirsənsə dilimizdəki sözlərdən istifadə bilərsən, heç kim də maneə olmur. Əgər hansısa kədəri və ya yumoru sözlər vasitəsilə ifadə edə bilməmisənsə, bu sənin öz günahındır. Adama deyərlər, zəhmət çək, söyləmək istədiyin fikrin ifadə tərzini tap. Daha hansısa beliəyri mötərizələri yan-yana düzmə.
Bir yandan da alınma sözlər. Maşallah, “Allah min bərəkət versin”, indi ümumiyyətlə alınma sözlərin işlənmədiyi yer qalmayıb. Hara baxırsan alınma sözlər, hara gedirsən alınma sözlər. Yatırsan, durursan, işə gedirsən, gülürsən, ağlayırsan-alınma sözlər. Elə bil bu camaat doğma dilimizə qənim kəsilibdir. Bə`ziləri də alınma sözlərdən, və ya sosial şəbəkələrdəki simvollardan istifadə etməyini belə “əsaslandırır” ki, guya bizim dilimiz zəifdir. Dilimiz heç də zəif deyil, sadəcə olaraq, bizim dilimizdə-Azərbaycan dilində olan hansısa elm sahələrinin inkişafı yoxdur. Çünki, hansısa elm sahəsi inkişaf etdikcə, həmin elmin ifadə olunduğu dilin də çəkisi artır. Səbəb-sözlərin və həmin sözlərin yaratdığı cümlənin bir neçə elmi məna daşıması, yə`ni, elm cəhətdən “yüklənmiş” olmasıdır. Bizdə isə hamının bildiyi kimi, hal-hazırda elm adına ciddi bir şey yoxdur. Misal üçün, “exit” və ya “назад” deyəndə hamı anlayacaq ki, nə deməkdir, amma, bu sözləri öz dilimizdəki kimi-“çıxış” desək heç kim heç bir şey anlamayacaq. Anlayan olanda isə daha bir xoşagəlməz hal da əmələ gəlir. Çünki, bizim camaat söz içindən söz çıxartmaqda çox mahirdir (maşallah, göz dəyməsin) və “çıxış” sözünü desən... özünüz də bilirsiniz hansı “mə`na yaradıblar”. Bəli, bu camaat başını işlədəndə də belə “dahiyanə kəşflər” edir, üstəlik, bununla kifayətlənməyib həmin bu söz hoqqabazlığına “məcazi mə`na” da deyir. Buna görə də az-maz elmin olduğu sovet dövründə “varlı” görünən dilimiz, indi elmsizlikdən “yoxsullaşıb”, hətta, “arıqlayıb çöpə dönübdür”.
Uzağa getməyək. Elə bir dənə “problem”sözü dilimizə misli görünməmiş dərəcədə ağır zərbələr vurur, bizsə bu sözdən çox möhkəmcə yapışıb qalmışıq.
Öz-özümə gülməyim gəldi. Fikirləşirdim ki, görəsən bu K(kələm) hərfi K-dan(kartof) nəyə görə fərqləndirilmir. Hətta, öz başımdan belə bir icad da eləmişdim ki, guya K(kələm) hərfini fərqləndirmək mümkündürsə bu işarələrdən biri kimi yazılsın: Қ(қ) və ya Ҝ(ҝ). Bu fikrim ona görə yaranmışdı ki, bu hərflə bağlı heç bir mə`lumat, açıqlama verilmir. Əgər fərqləndirmək olmazsa niyə olmaz? Fərqləndirilməlidirsə nə oturub gözləyirik ki? Bir nəfər də bu barədə dinib-danışmır. Mən bu barədə fikirləşirdim, amma...
Sən demə ki, çox geridə qalmışammış. Camaat var gücüylə dilimizi məhv etməyə çalışırmış, mənsə təzə hərf həvəsindəymişəm... Və bədbəxtçilik də burasındadır ki, alınma sözləri, “beliəyri” mötərizələri daha çox işlədənlərin biri də qələm əhlinə aid olanlardır(jurnalistlər, köşə yazarları və digər yazı-pozu sənətiylə məşğul olanlar).
Bütün qələm əhlinə səslənirəm-jurnalistlər, yazıçılar, şairlər və digər qələm sənəti ilə məşğul olanların hamısı-dilimizi qoruyaq. Heç olmazsa biz öz borcumuzu yerinə yetirək. Bütün yazılarımızda alınma sözlərdən, “beliəyri” mötərizələrdən heç bir halda istifadə etməyək. Redaktorlar da belə sözlərin işləndiyi mətnlərə mümkün qədər qadağa qoysunlar.
Bacardığım bu idi-bu yazıyla hamını dilimizə hörmət etməyə çağırdım. Heyf ki, bundan artığına da gücüm yetmir. Təbii ki, gücüm yetsəydi hökümətə deyərdim ki, rəsmi sənədlərdən və dərsliklərdən alınma sözlər yığışdırılsın, redaktorlar alınma sözlərin olduğu mətnlərə qadağa qoysunlar və s. Bunu etmək üçünsə heç bir imkanım yoxdur. Bununla heç də bir dilin padşahlıq etməsini demirəm. Yuxarıda dediyim kimi, dil-mədəniyyətdir, mədəniyyəti məhv etmək isə cinayətdir. Hər bir dilin ayrıca xüsusiyyətləri var. Bir neçə dil bilirsənsə-bu, cəmi bir dil bilən adamla müqayisədə sənin üstünlüyündür. Amma, öz dilini unutmağın...
Hansısa İngilis və ya Rus Azərbaycan dilini bilərsə sevinərəm. Ki, filankəs mənim dilimlə tanışdır, mənim dilimə hörmət edir, amma, həmin o İngilis və ya Rus öz dilini unudaraq yalnız mənim dilimdən istifadəyə üstünlük verərsə həmin adamdan heç xoşum gəlməyəcək. Çünki o adam cinayət etmişdir.

Комментариев нет:
Отправить комментарий