30.06.2012

ƏTƏNƏ

Bəxtiyar Hidayət


Şair Səfər Pik özünü Şoloxovla müqayisə edərdi, nədi- nədi o da kənddə yaşayır. Adına dar dünya, vəfasız dünya  dediyi bu dünyada bu şairin  olan qalan iki oğlu, bir arvadı, bir  Ala inəyi və bir də beş-altı kitabı vardı ki bu kitablar da o Ala inəyin hesabına basılırdı. Kəndin bütün həndi pay torpağı kimi əhaliyə paylandığından Şair Səfər  Pik Ala İnəyi sahədən gətirdiyi otla həyətdə bəsləyirdi.

Ala inəyin quluncu qırılmış, məmələri şüşələnmişdi. Bu –gün sabah doğası idi. Şairin ğözü Ala inəkdə idi. Hər il Ala inəyin danasını satıb özünə 200-250 tirajlı bir kitab çıxartdırardı. Buzov tez ətlənsin deyə şair inəyin məmələrini buzov və ailə arasında 50-50-yə bölmüşdü. Ala inək də bicin biri . Şairin ailəsinə məxsus südün bir hissəsini də eydirər balasına saxlayardı ki ailə demək olar ki süddən də bir xeyir görməzdi. Inəkləri ola-ola ordan-burdan sarımsaqlıq alardılar. Buna görə də Ala inəyin hörməti də elə evdə şairin hörməti qədər olmuşdu.Uşaqlar inəyə sahədən ot gətirmir, anaları da ki Ala inəyə elə baxırdı guya ala ilana baxırdı.          
-xxxxxxxxxxxxxxxxxxxxx
Bu şair Səfər Piklə Ala inək artıq bir –birinə şox isnişmişdilər. Hətta onların arasında qəribə oxşarlıqlar da tapmaq olardı. Məsələn-Ala inəyin üstündən şair gənələri necə təmizləyirdisə şairin şeirlərini də ədəbiyyatdan elə təmizləmək lazım idi. Ala inək qaşovlanmağı sevərdi şair də təriflənməyi, sığallanmağı.. Ala inək başından həyətə bağlı idi, şair də başından hökumətə bağlı idi. Ala inək buğaya gələndə o biri inəklərə necə sıçrayırdısa şair də tədbirlərdə tribunaya elə sıçrayırdı. Ala inək tənhalıqdan bezib mələyərdi, şair də tənhalıqdan yazdığı şeirləri mələyə-mələyə oxuyardı. Hətta Ala inək düyə vaxtı özünü əmərdi də. Bununçün o dal qıçının birini qaldırıb başını da xeyli qanırıb əməliyyata başlardı. Şair o vaxt Ala inəyin başını noxtalayıb noxtanın buruntaqlıq yerinə iti uclu məftillər bərkitmişdi və inək bir –iki dəfə özünü əmərkən məftillər yelninə batdığından bu əməlini tərkitdi. Indi şairi də beləcə noxtalamaq lazım idi ki özü-özünü əmməsin-yənə hər dəfəsində özünü təkrar etməsi. Zatən onun şeirləri bir-birinin eyni idi. Ala inək hər buğaya gələndə rayon İcra Hakimiyyətinin 1-ci müavininin kənddəki fermasında sürülürdüsə şair də siyasi mövzuları gedib o birinci müavindən sifariş alırdı.
Belə oxşarlıqları çox tapmaq olar və bu oxşarlıqlardan sonra Ala inək şairdən daha dəyərli bir varlıq kimi hörmət qoyulası bir zad olar. Çün Ala inək Allahın ona verdiyi quyruğu yalnız çibini, göyöyünü qorumaq üçün kullanırdı, amma şair quyruğu olmaya –olmaya quyruq bulamağı bacarırdı.
-xxxxxxxxxxxxxxxxxxxxxxxxxx-
-Hələ dedim a qırılmış, şimşək çaxır, keçirin o televizoru. “Qoy görək Əsmər noolacaq, Ezo noolacaq” .  İndi gəlsin Ezo antennanı düzəltsin. Andırın sistemi yanıb.
  Beləcə deyinə-deyinə tələsik-tələsik antennanı düzəldirdi şair . Oğlu da ona kömək edirdi.
-A bala muğama baxın, saza baxın, Zəlimxana baxın. Nə var ee seriallarda.
 -Dədə sən canın bəsdi dəə. Yeri get deyəsən inəyin sancısı tutub. Antennanı özüm düzəldərəm.
-Ay məndən olub mənə oxşamayan köpəkoğlu haa. Belə getsə vəsiyyət edəcəm qəbrim nədi, heç heykəlimin üstünə sizi buraxmasınlar. Onsuz da dahilərin çoxunun ailə problemi olub.
-Dədə, düzdü ki rayon şairləri hərəsi özünə bir heykəl yeri manşırlayıb? Deyirlər sənə erməni qəbristanlığının yanı düşüb.
-Kəs səsini qancıq balası! Bu torpağın hər qarışı bizimdi. Erməni qəristanlığı deyil ora. Ərməni qəbristanlığıdı. “Ərmən” sırf türk sözüdü. Orda ərmən türkləri yatır.
Şair ağzı köpüklənə-köpüklənə bir xeyli danışdı. Oğlu ha demək istədi ki ordakı görbagırlar axı dünənin erməniləri idi, deməyi artıq bildi.
Bu vaxt o biri uşağın səsi gəldi:
-Dədə, inək doğur.
-Qoy doğsun, birinci dəfəsidimi, özü doğacaq. Bir azdan məni göstərəcəklər. Qoy görüm bu andır antennanı  neynəyirəm.
-xxxxxxxxxxxxxxxxxxxxx
Antenna şairin ekrana çıxacağı vaxta zornan hazır oldu. Şair külfəti ekarn başına yığmışdı. Aşıq Ədalətin 70 illiyi haqda yarım saatlıq bir veriliş getməli idi ki o verilişdə də rayon şairlərinin hərəsinə bir-iki dəqiqə söz düşəydi ya yox. O cümlədən Səfər Pik də iki dəqiqəlik bir çıxış yapdi:
Yaşasın ümummilli lider, onun uğurlu yolunu davam etdirən prezidentimiz və s.
   Çıxışı bitəndən sonra isə- “nəhayət tarixə biz də düşdük”-dedi öz özünə.
Uşaqlar şairin çıxışını üz-gözlərini turşuda-turşuda izlədilər. Böyük oğlu dilləndi:
-Heç hənanın yeriydi?Sabah yenə çıxa bilməyəcəyik kəndin içinə.Mən də elə bilirəm şeir deyəcək.
Şair :
-Kəs sənin südünə lənət. Eşşək nə bilir zəfəran nədi? Xalxın uşaqları deyir noola mənim dədəmi də göstərələr, bu gör neynəyir? Bu kənddə sizin dədənizdən başqa kimin dədəsini televizora verirlər? Niyə fəxr eləmək əvəzinə şıllaq atırsınız? Mən də hörmətli müavinə yalvarıb sizə iş istəmişəm a burnunuzdan gəlsin. O mənim şairliyimə hörmət edib sizə iş verəsidi, daha sizin qara qaşınıza görə yox ki.
Kiçik oğul da söhbətə qoşuldu:
-Düz deyir dəə dədə. Hər il bir dana bordayırıq ki o da sənin kitabınnın badına gedir. O cəhənnəm- kitab çıxandan sonra təqdimatdı, nədi ondan keçırırsən o andırın ikinci hissəsini də salırsan evə. Gəl indi avara –uvara şair xaylaqlarına havayı yemək ver. Hələ də İmanın nisyəılərini verə bilmirik
-Siz məni dəli eləyəcəksiniz, dəli.
Böyük oğlu Turan dilləndi:
-Dədə, hələ o gün Müxalifət Səməd gör nə deyir- Deyir ki sənin dədən guya türkşüdü, oğlunun adını Turan qoyub, amma öz qardaşı ilə bir qarış torpağın üstündə on ildi küsülüdü. Bu necə birləşdirəcək bir belə türk millətini.
-Qələt edir agent kopoludu o. Bütün günü oturub internetdə ermənilərə xəbər ötürür. Hələ mənə də sataşır ki gəl şeirlərini yerləşdirim bloga zada. Dedim qoy kopolu Con indi də məni oxumasın.
  Kiçik oğlu elə dilləndi ki sanki burada söhbət nə Turan dünyasından, nə də Kopolu Condan getmişdi bayaqdan:
-Hələ bir o ləqəbini də dəyiş. Uşaqlar əlli şunquruq qoşur. Lap biabır olmuşuq
-Aya bu kənddə nə bilirlər Pik nədi, Peqas nədi. Onsuz da heç kim öz kəndində peyğəmbər olmayıb. Mənim ən əziz günümdə qanımı itin qanına döndərməyin.
Şair ağzı köpüklənə-köpüklənə, donquldana-donquldana oğullarının ikisinin də üzünə lambıltıyla tüpürüb bir-iki də qab qacaq qırıb bayıra çıxdı
-xxxxxxxxxxxxxxxxxxxxxxxx
Zərblə çırpılan qapının səsindənmi ya bayırdakı şairanə axşam havasındanmı inəyin doğmağı yadına düşdü.
  Inək salamat doğmuşdu. Şair  sevindi. Buzovun erkək olması əhvalını bir az düzəltdi-yaxşı ət götürəcəkdi erkək buzov böyüyüncə.
 Oğulları da yanına gəldi. Onlar yəqin ki inəyin ətənəsini Alabaşa vermək üçün şairin acıqlı olmasına fikir verməyib Ala inəyə baş çəkmişdilər.
Şair böyük oğluna:
Apar ətənəni itə ver.
-Baş üstə.
Amma nə qədər axtardılar ətənəni tapa bilmədilər. Kiçik oğul birdən sevinə-sevinə dedi:
-Ay caan, inək ətənəsini yeyib.
-A beyşüur övlad, buna sən niyə sevinirsən, həə?
-Dədə, deyirlər ətənəsini yeyən inək buğaya gəlməyi bir il təxirə salır. Deməli inək danalı qalacaq.. Gələn il yox o biri il sən satmağa dana tapmayacaqsan. Onda kitabın da çıxmayacaq. Kitabın çıxmayanda bizdə də təqdimatın ikinci hissəsi olmayacaq. Həm də ən azı bir   il kitabında ləqəbini dəyişib gözümüzə soxmayacaq uşaqlar.
-Uşaqlatrın da var-yoxuna lənət, sənin də!
 Uşaqların üzünə tüpürüb bayıra çıxdı-ŞAİR ŞEİRİ YAZMIR,ŞEİRİ DÖĞUR-sözlərini daim təkrarlayan Səfər Pik. İndi sanki Ala inəyin yerində hiss edirdi özünü. Sanki  birinci müavinin qabağında sözünü yeyirmiş kimi hisslər keçirdi.Sanki özü də öz şeirinin ətənəsini yemişdi. Illər uzunu bircə dəfə televizorda göstərilməyini arzulayan şair bu arzunun sevincini yaşaya bilmədi. O nə qədər xəyallar qurmuşdu televizorda göstəriləndən sonra şəhərdə necə yeriyəcəyi. necə qarşılanacağı barədə. Kənddəki təbriklər də ki öz yerində. Amma sanki hər şey bir anda bərbad olu.
Yüz faiz bilirdi ki sabah nə kəndin arasına. nə də şəhərə çıxacaqdı. Bu an telefon çağırdı.
Yüz faiz bildi ki şairlərdən hansısa zəng edib:
-A qırılmış, məni soruşan olsa deyin inək doğuzdurur, inəyin balası tərs gəlib.

Комментариев нет:

Отправить комментарий