28.06.2012

BAŞÇI: «KÜRDLƏR BU ÖLKƏNİN AĞALARIDIR»

BAŞÇI: «KÜRDLƏR BU ÖLKƏNİN AĞALARIDIR»VİLYAM HACIYEV HANSI ÖLKƏNİN VƏTƏNDAŞI OLDUĞUNU UNUDURMU?


Vaxtilə pambıqçılıq və heyvandarlıq İmişli əhalisinin əsas “çörək ağacı” idi. Ancaq kənd təsərrüfatı sürətlə tənəzzül etdikcə rayonda kütləvi işsizlik və yoxsulluq tüğyan etməyə başlayıb. İndi İmişli rayonunda daha çox yaşlı nəslin nümayəndələri qalıb, onlar da qəpik-quruş pensiyalarını almaq üçün...
Elə bu səbəbdən Vilyam Hacıyev İmişliyə başçı göndərildiyi zaman onun əvvəllər rəhbərlik etdiyi Samux rayonunun camaatı bir yandan sevindilərsə, digər yandan onsuz da günləri qara olan İmişli sakinlərinin hallarına acıdılar. Hətta redaksiyamız vasitəsilə onlar İmişli camaatına «keçmiş olsun»larını da yolladılar.

Və çox keçmədi ki, özünü ayrı-ayrı yerlərdə hakimiyyətiçi kürd qruplaşmasının nümayəndəsi kimi təqdim edən və bu məsələdə Bəylər Əyyubovun adından istifadə edən Vilyam Hacıyev İmişli sakinlərinə özünün əsas keyfiyyətlərini göstərə bildi. Nəticədə onun yerli sahibkarlara qan uddurması xəbəri yayıldı. Hətta iş adamlarından biri talançılığa gələn yeni başçının cəngindən öz obyektini qurtara bilməsi üçün olduqca bahalı maşını Vilyam Hacıyevə hədiyyə etmək zorunda da qaldı.
Bu arada isə redaksiyamıza İmişlidən yeni məlumatlar daxil olub. Mötəbər mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, regionda yeganə işləyən müəissisə olan şəkər zavodunda çalışanlar bir müddət əvvəl icra başçısının qapısına şikayətə getsələr də, sonradan əlləri ətəklərindən uzun şəkildə geri dönməli olublar.
Mənbə bildirir: «Bu zavodda xeyli sayda işçi var. Onların əksəriyyəti kəndlilərdir. Amma onların arasında işləməkdən imtina edənlər də var, işdən çıxarılanlar da. Bu da səbəbsiz deyil. İşləməyənlər iş saatının çoxluğundan şikayətlənir, çıxarılanlara isə müqaviləyə görə azad olunur. Belə ki, bəziləri 2-3 aylıq müqavilə əsasında işə götürülür.
Müqavilə müddəti başa çatanda sonra onlarla zavodun yolları ayrılır. İşdən çıxarılanlar isə iddia edirlər ki. zavodda 12 saatlıq iş rejimi var, üstəlik zavoda başqa bölgələrdən işləməyə gələnlərə daha çox şərait yaradılır. İşçilərə ayda 250 manat maaş verilir. Gündə 1000 ton məhsul istehsal edən müəssisə üçün bu məbləğdə əmək haqqı çox azdır. Sakinlər iddia edirlər ki, zavodda çalışan yerli işçilərə ayda 250 manat verildiyi halda, Türkiyədən gələn kürdlərə ayda 2500 manat verilir».
Mənbəmiz bildirir ki, bu səbəbdən Vilyam Hacıyevə şikayət edən İmişli sakinləri şəkər zavodunun rəhbərliyi barədə ölçü götürülməsini istəyiblər: «Amma başçı onlara çox maraqlı cavab verib. Bildirib ki, kürdlər bu ölkənin ağalarıdır və ona görə də, onlara çox maaş vermək lazımdır».
Hər halda, özünü kürd qruplaşmasına sırıyan Vilyam Hacıyevdən bundan artıq reaksiya gözləməyinə dəyməz. Amma bir məsələ var ki, Vilyam Hacıyev hansı ölkənin vətəndaşı olduğunu unutmalı deyil və bilməlidir ki, bu ölkənin sahibləri var və onun bu gün kimlərə qulluq etməsindən asılı olmayaraq, bu ifadələri ona heç də uğur gətirməyəcək.


dia.az

Комментариев нет:

Отправить комментарий