30.06.2012

DİZ CÖKDÜRÜLMÜŞ bir MƏMLƏKƏTİN " TƏHLÜKƏLİ ARZUSU "...!!!

Tarix dərsləri ilə birlikdə qiymətlidir.Bu yazı cərcivəsində biz bəzi tarixi müqaisələrlə günümüzün faciələrinə işıq tutmağa calışacağıq.


Bu faktdırki ölkəmizin iqtisadi inkişafı tamamı ilə xammal satışı üzərində qurulub və gəlirimizin 70%, ixracatımızın isə 95%-i neft və neft xammalının satışına əsaslanır.Bəs burjua hökuməti necə vəziyətdən cıxmaq ücün calışırmı?…Azərbaycanın cox dəyərli valyuta ehtiyyatlarının ölkədən cıxarılması bizə deməyə əsas verirki hökumət iqtisadi təslimcilik siyasəti yeridir və ölkəni xarici mperializmin ucuz xammal ambarına cevirmək ücün calışır.Onlar bu iqtisadi təslimcilik siyasətlərini “ inkişaf “ kimi xalqa yedirmək ücün bütün təbliğat maşınlarını işə salıblar.
Bəs NƏ ETMƏLİ?…kommunistlər nə təklif edirlər, axı tənqid etmək asandır, bəs cıxış yolu nədədir?…Əgər tarixə baxsaq biz bu yolun nədən ibarət olduğunu görərik.
Beləki Stalin tək ölkədə sosializm quruculuğu cərcivəsində sərt qənaət və sürətli sənayeləşmə proqramının həyata kecirilməsi ücün düyməyə basanda hər tərəfdən tənələrə, hücumlara məruz qalırdı və onun müxalifləri iddia edirdilər ki, sənayeləşmə guya xəyaldır və bu işə sərf olunmalı vəsaitləri xaricdən xammal və avadanlıqlar almağa, istehlak( gündəlik tələbat mallarına) məhsullarına  sərf etmək lazımdır.Onlar deyirdilər: “ Sizin sənayeləşdirməniz və kollektivləşdirməniz, maşınlarınız, qara metallurgiyanız, traktor, kombayn və avtomobilləriniz bizim nəyimizə lazımdır.Yaxşı olardı ki, daha cox manfaktura istehsal edəydiniz, cox işlənən maların istehsalı ücün daha cox xammal alaydınız.Əhaliyə daha cox elə mallar verəydiniz ki, bunlar insanların məişətini yaxşılaşdırardı.Bizim belə geriliyimiz şəraitində sənayeləşdirməyə girişmək, həm də hətta ən yüksək səviyəli sənayeləşmə proqramına başlamaq təhlükəli arzudur”.
Vəziyyət aydındır, ölkənin əlində qənaət olunmuş müəyən nəqd məbləğ var, Stalin bu vəsaiti ölkənin sənayeləşdirilməsinə sərf etməyin  tərəfdarıdır, müxalifət isə əksinə yaxın perespektivlər ücün, gündəlik tələbat mallarının alınmasına və xaricdən xammal idxalına sərf edilməsini istəyirdilər.Stalin belə düşünənlərə qarşı cavab verirdi: “Əlbətdə , biz sərt qənaət hesabına topladığımız və sənayeləşməyə xərclədiyimiz 3 milyard manat valyutanı xaricdən xammal almağa və istehlak malları istehsalınaın sürətləndirilməsinə sərf edə bilərdik.Bu da özünə məxsus bir “ PLANDR “ .Lakin belə “ plan”la bizim nə metallurgiyamız , nə maşınqayırma sənayemiz, nə də traktorlarımız və avtomobillərimiz, təyarələrimiz və tanklarımız olardı. Biz xarici düşmənlərimiz qarşısında silahsız qalardıq. Biz ölkəmizdə sosializmin dayaqlarını sarsıdardıq. Biz daxili və xarici burjaziyanın əsirinə cevrilərdik”.
Stalinin bu ifadələri hazırki burjua hökumətinin yeritmiş olduğu təslimci siyasəti cox gözəl və dəqiq xarakterizə edir.Fikir verin ölkənin əlində 30 milyard dolar neft pulu var, hara istifadə olunur?…büdcəni doldurmağa( büdcə gəlirlərini bu formada artırmaq valyutanı ayaqyoluna atıb sifonu cəkmək kimi bir şeydir, büdcə yaradılacaq sənaye müəssələrindən daxil olmalı gəlirlər hesabına artmalıdır xammal satışı ilə deyil və üstəlik bu büdcənində 10 milyard dolları oliqarxlar tərəfindən MƏNİMSƏNİLİRSƏ onda büdcə “ artımı” kimə sərf edir, aydındır) və xarici bankların aktivlərini artırılmasına.İndi yeni bir xərc kanalıda acıblar, on milyardlarla pulu “investisya”( nə ücün dırnaqarası, cünki investisya gəlir gətirəcək əməliyyatdır, bu pullardan isə azərbaycana hec bir cürük qozda mənfəət gəlməyəcək) kanalları ilə XARİCƏ axıtmaq.Türkiyə iqtisadiyatına qoyulan 17 milyard dolar pul bunun bariz nümunəsidir.Öz ölkəsində bir dənə ayaqqabı fabriki, trikotaj fabriki  olmayan bir hökumət milyardlarla pulu xaricə axıdır.Bakı Kondinsaner zavodu kimi nəhəng müəssə, hansı ki, sovet vaxtı 8 min nəfər işləyirdi bu müəssədə, bu gün xarabazarlığa, sənaye qəbristanlığına cevrilib.Bir tərəfdən minlərlə daimi iş yeri, digər tərəfdən texnoloji potensial və bazar itirilib, digər tərəfdən ölkədən milyonlarla vəsait xaricə, kondinsaner idxalına xərclənir.Sual olunur, Türkiyəyə yönəldilən 17 milyard dollar valyuta nə ücün ölkənin sənayeləşməsinə, Kondinsaner zavodu kimi nəhəng müəssələrin işinin bərpasına sərf olunmur, amma xaricə axıdılır?…cavab aydındır ölkəni imperialistlər qarşısında diz cökmüş vəziyətdə saxlamaq, Azərbaycanın sənayeləşməsi onun güclənməsi və müstəqil siyasət yeritməsi demək olardı, bu səbəbdəndə Xarici imperialist dairələr ölkənin sənayeləşməsini əngəlləməkdə, müxtəlif yollarla neft pullarını ölkədən kənara cəkməkdə maraqlıdırlar və Əliyev rejimi bu marağın ifadəcisidir və müticəsinə icracısıdır.
Bu böhranlı vəziyyətdən, diz cökdürmə və təslimcilik siyasətindən qurtuluşun yeganə yolu, sosializmin milli inkişaf yolu elan edilməsindən və milliləşdirilmiş milli sənayenin yaradılmasından kecir.Ola bilsinki xarici imperialist dairələr və onların yerli əlaltıları ücün bu təhlükəli arzudur, amma biz bu arzunu gercəkliyə cevirməyi bacarmalıyıq….

Комментариев нет:

Отправить комментарий