10.09.2012

Aqşin Dadaşoğlu. Ağlamır

Деревенская дорогаHər kəs ağlar öz dərdinə,
Bizləri heç kim ağlamır.
Olmasa sazı dindirən
Vallah, sazda sim ağlamır.

Yağan yağış düşən yasdı,
Damlasından məni asdı,
Canım dərdlə tale dostu
Canımda dərdim ağlamır.

Dünya özü daş doludu,
Daşa oxşar baş doludu,
Kirpiklərim yaş doludu,
Güzgüdə əksim ağlamır...

Xaçmaz

Комментариев нет:

Отправить комментарий