Ruhuma ərməğan edirəm...
...indi, bu an, anladım sənə,
sevgisiz, dostsuz, doğmasız
içim bomboş, onu heç
ölüm də doldurammaz...
...səhradakı qum tufanı tək,
duyğularımda vıyıldayır kədər,
ruhum od tutub elə hey yanır,
bu sevgi də sönə-sönə gedər...
...ölüm damcı-damcı yaxınlaşar
könlümdəki sevgini isladar
içim bom-boş, qəlbim sınıq,
həyat get-gedə ruhuma gəlir dar...
...sən tək deyilsən, sevdiciyim,
nə ilk, nə son ayrılıqdır, bu ölüm,
yaşadıqca itiririk hər şeyimizi,
barı doyunca sevim səni gülüm...
...illər basır ömrümüzü sürətlə,
axsayır yenə kədərdə zaman,
dünən təptəzə dediyimiz sevgiyə,
bu gün ayrılıq heç vermir aman...
...içim yalqızlıqdan göynəyir,
dərdi kiməsə demək olmayır,
dünya durur yerində, fəqət,
boşalan həyat heç dolmayır...
...dünən sevdiyin dönür bir gün,
xəzan yarpağıtət sarı xatirəyə,
hər eşqin özünün bir nizəsi var,
deşik-deşik edərək dəyir ürəyə...
...yenə duyğular gəlib yardıma,
xatirələri sevgiyə büküb verir,
qarşıda hələ neçə eşq var,
ürək yeni sevgiyə sarı gedir...
...indi, bu an, anladım sənə,
sevgisiz, dostsuz, doğmasız
içim bomboş, onu heç
ölüm də doldurammaz...
...səhradakı qum tufanı tək,
duyğularımda vıyıldayır kədər,
ruhum od tutub elə hey yanır,
bu sevgi də sönə-sönə gedər...
...ölüm damcı-damcı yaxınlaşar
könlümdəki sevgini isladar
içim bom-boş, qəlbim sınıq,
həyat get-gedə ruhuma gəlir dar...
...sən tək deyilsən, sevdiciyim,
nə ilk, nə son ayrılıqdır, bu ölüm,
yaşadıqca itiririk hər şeyimizi,
barı doyunca sevim səni gülüm...
...illər basır ömrümüzü sürətlə,
axsayır yenə kədərdə zaman,
dünən təptəzə dediyimiz sevgiyə,
bu gün ayrılıq heç vermir aman...
...içim yalqızlıqdan göynəyir,
dərdi kiməsə demək olmayır,
dünya durur yerində, fəqət,
boşalan həyat heç dolmayır...
...dünən sevdiyin dönür bir gün,
xəzan yarpağıtət sarı xatirəyə,
hər eşqin özünün bir nizəsi var,
deşik-deşik edərək dəyir ürəyə...
...yenə duyğular gəlib yardıma,
xatirələri sevgiyə büküb verir,
qarşıda hələ neçə eşq var,
ürək yeni sevgiyə sarı gedir...
Комментариев нет:
Отправить комментарий